Milli Məclisdə parlament və media münasibətləri müzakirə olunub

img

31-07-2009 [04:55]


Bu gün Atatürk Mərkəzində ?Parlament və media münasibətləri: mövcud vəziyyət, əməkdaşlığın perspektivləri? mövzusunda dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Parlament Jurnalistləri Birliyinin təşkil etdiyi toplantıda Milli Məclisin fəaliyyətini işıqlandıran media nümayəndələri və millət vəkilləri iştirak ediblər. Müzakirələr zamanı isə həm millət vəkilləri, həm də jurnalistlər tərəfindən maraqlı təkliflərlə yanaşı iradlar da səsləndirildi. İlk çıxış edən PJB sədri Elşad Eyvazlı bildirib ki, bu mövzuda ?dəyirmi masa?nın təşkil olunmasında məqsəd jurnalistlərin Parlamentin fəaliyyətini hansı formada işıqlandırması, Milli Məclislə media nümayəndələrinin əməkdaşlağı və mövcud problemlərin aradan qaldırılması istiqamətində irəli sürülən təkliflərin dəyərləndirilməsi istiqamətində işlər görməkdi. Onun sözlərinə görə, hazırda bəzi dövlət qurumlarından fərqli olaraq Milli Məclis media ilə əməkdaşlaqda xüsusi ilə seçilir. Amma buna baxmayaraq bəzi problemlər hələ də var. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun çıxışı isə jurnalistlərin tənqidi ilə başladıb. Millət vəkili qeyd etdi ki, Parlament media münasibətləri daim ciddi bir məsələ olub. Amma hazırda media MM-in fəaliyyətini lazımi səviyyədə işıqlandıra bilmir. ?Jurnalistlər arasında fikir müxtəlifliyi çox zəifdir. İzahat işləri lazımi səviyyədə deyil. Parlamentin fəaliyyətini işıqlandırmaqda jurnalistlərin təcrübəsi də azdır. Həddən artıq sxematizm mövcuddur? deyən komitə sədri hesab edir ki, Parlamentdə daim jurnalist təzyiqi olmalıdır. Amma bu hiss olunacaq səviyyədə deyil. Onun fikrincə, media nümayəndələri hər hansısa bir qanunun qəbulu zamanı ictimaiyyətə geniş məlumat verməli, qanunun işlənmə mexanizmi barədə analitik yazılar yazılmalıdır. Nizami Cəfərovun bu tənqidi fikirlərinə jurnalistlərdən öncə deputat Pənah Hüseyn cavab verdi. Millət vəkili dedi ki, Milli Məclisdə akreditə olunmuş jurnalistlər informasiyaların cəmiyyətə ötürülməsində ciddi işlər görürlər. Parlamentin fəaliyyəti lazımi səviyyədə işıqlandırılır. Qanun layihələrinin qəbulu zamanı baş verən anlaşılmazlıqlar isə jurnalistlərin günahı deyil. ?Çünki jurnalistlər qanun yaradıcılığı prossesində iştirak etmirlər. Komitələrin iclaslarına daim eyni jurnalistlər çağırılır. Buna görə də plenar iclasda qanunlar qəbul olunarkən media nümayəndələri əziyyət çəkirlər?. Millət vəkili Sabir Rüstəmxanlı isə son dövürlər jurnalistlərin araşdırma yazıları yazmadıqlarından şikayətləndi. Amma Parlamentin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin əməyinin böyük olduğunu deyən VHP sədri problemlərin aradan qaldırılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirdi. Sonra toplantıda media nümayndələri problemlərdən söz açdılar. Bildirildi ki, hələ də komitələrin və digər iclasların işıqlandırılması üçün teleanalların kameralarına qoyulan qadağa aradan qaldırılmayıb. Jurnalistlər qanun yaradıcılığı prossesində iştirak etmirlər. Komitələrin iclaslarına yalnız eyni qəzet və elektron KİV-lərin müxbirləri dəvət edilir. Millət vəkili Gültəkin Hacıbəyli isə bu problemləri dinlədikdən sonra çıxış etdi. Deputat bildirdi ki, çıxışına jurnalistlərin tənqidi ilə başlamaq niyyətində idi. Amma sadalanan problemləri eşidincə fikrindən daşınıb. Onun sölərinə görə, Milli Məclis jurnalistlərin hesabına sosial problemlərini həll edir. Amma bu qurum medianın sosial problemlərini həll edə bilmir. ?Mən burada sadalanan probelmlərdən xəbərsizəm. Jurnalistlərin qanun yaradıcılığı prossesində iştirakı lazımdır. Eyni zamanda komitələrin keçirdikləri müzakirələrdə də jurnalistlər olmalıdırlar? deyə millət vəkili qeyd etdi. Millət vəkili Qənirə Paşayeva isə yenə də jurnalistlərin müdafiəsinə qalxdı. Media nümayəndələrinin MM-in fəaliyyətini işıqlandırmasında böyük əməyinin olduğunu söyləyən deputat təkliflə çıxış etdi. Xanım millət vəkili bildirdi ki, MM-lə media arasında olan problemlər PJB tərəfindən hazırlanıb rəhbərliyə təqdim olunsun. Həmin sənədə jurnalistlərlə yanaşı deputatlar da imza atsınlar. Belə olan halda mövcud problemlərin həllinə nail olmaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR