Meksikada da jurnalist öldürülüb

img

31-07-2009 [04:11]


Meksikanın Akapulko şəhəri yaxınlığında işgəncəylə öldürülmüş radiojurnalist Martinez Gilin cəsədi tapılıb. Radioda canlı axşam xəbərlərinin müəllifi olan təcrübəli jurnalist M.Gil iyulun 27-də qətlə yetirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Beynəlxalq Avrasiya Mətbuat Fonduna Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat verilib. Son vaxtlar bir-birinin ardınca baş verən jurnalist qətllərindən narahat olan BMİ direktoru Devid Dədc Meksika hakimiyyətini bu sarsıdıcı qətlləri dayandırmaq, cinayətkarların cəzalandırılması üçün dərhal fəaliyyətə keçməyə çağırıb. Qeyd edək ki, bu ilin mayında qəzet müxbiri Karlos Orteqa Samper naməlum silahlı şəxslər tərəfindən evinin yaxınlığında öldürülmüş , digər qəzet müxbiri Eliseo Barron Hernandezin cəsədi Torreon şəhərindəki xəndəkdən tapılmış, iyunda Kampeçedəki cəmiyyətin müxbiri Lolo Palmer isə bıçaqla qətlə yetirilmişdir. Meksikada 2007-ci ilin yanvarında itkin düşən müxbir RinkonTarakenanın da öldürüldüyü güman olunur. Xatırladaq ki, iyulun 28-də isə Belqradda çıxan həftəlik ?Vreme? qəzetində çalışan jurnalist Miloş Vasikin ünvanına göndərilən məktubla qəzetçi ölümlə hədələnib.

Digər xəbərlər
SON XƏBƏRLƏR