Nuriyyə Hüseynova yeni disk hazırladır

img

31-07-2009 [03:27]


Əməkdar artist Nuriyyə Hüseynovanın yaxın zamanlarda kərkük mahnılarından ibarət diski işıq üzü görəcək . Sənətçinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, çoxdandır ki, kərkür mahnıları üzərində işləyir: ?Bu mahnıların əksəriyyəti repertuarımda var. Əgər mənim soy-köküm türkdürsə, mümkün deyil ki, başqa mahnı ifa edim. Kərkük türkülərini ruhuma daha yaxın bildim. Gərək, ruh, könül istəsin. Əgər ruh, könül istəmirsə, heç nə əmələ gələn deyil. Kərkük türkülərini ifa etdikcə, onlarda Azərbaycan türkülərinə yaxınlıq gördüm. Anadolu türküləri də ifa etmişəm. Lad, ruh və dil eynidir?. N.Hüseynovanın sözlərinə görə, kərkük mahnılarından ibarət diski yaxın günlərdə pərəstişkarlarının ixtiyarına veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA