Tahir Gözəl: ?Rəzad Sadıqovun "Qarabağ"da qalıb-qalmayacağını heç mən də bilmirəm?

img

31-07-2009 [02:51]


?Rəşad Sadıqovun komandada qalıb-qalmayacağını heç mən də bilmirəm?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri ?Qarabağ?ın vitse-prezidenti Tahir Gözəl Rəşad Sadıqovun ?Qarabağ?dakı gələcək perspektivi haqda danışarkən deyib. Klub rəsmisi bildirib ki, bu məsələ onlardan asılı deyil: ?Biz də istəyirik ki, Rəşad komandamızda qalsın. Amma bu məsələ təkcə bizdən asılı deyil. Bu haqda Rəşad özü də qərar qəbul etməlidi. Biz təklifimizi irəli sürmüşük. Təklifi necə cavablandırmaq isə Sadıqovun özündən asılıdır?. Qol.Az-ın müxbirinin ?Qarabağ? play-offa yüksələcəyi halda, bu mərhələdə Rəşadın komandaya kömək etmək ehtimalı daha çoxdur, yoxsa getmək?? sualını isə Tahir Gözəl belə cavablandırıb: ?Bu suala mən dəqiq cavab verə bilmərəm. Çünki bir daha deyirəm ki, komandamızda qalıb-qalmayacağını Rəşad özü müəyyənləşdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA