Murad Dadazovu həbs etmək istəyiblər

img

30-07-2009 [04:35]


GEN MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin ifadəsi əsasında daha bir şəxs - Ramin Hüseynov saxlanılıb. Şirkət rəhbəri məhkəmədə bildirib ki, Ramin Hüseynov vasitəsilə yüksək vəzifəli məmurlara rüşvət verib. Bu haqda ?Azadlıq? radiosuna Elbrus Əliyevin vəkili Vidadi İsgəndərov isə indi əsas məqsədəlrinin Murad və Fərid Dadaşovların dindirilməsi olduğunu vurğulayıb: ?Elbrus Əliyev onlara 50 min manatdan artıq rüşvət verib. Onlar qanunsuz reklamla məşğul olublar. ?Space? və AzTV-də işləyən Səadət xanıma 51 min manat rüşvət verib. Amma bu adamları tutmaq mümkün deyil. Murad Dadaşovu həbs etmək istədilər, deputatların yarısı xahiş etdi. Murad Dadaşov heç bir müqavilə olmadığını özü də etiraf etdi. Deyir ki, almışam əcəb eləmişəm, televiziyada reklam getdi, amma pul fiziki şəxs kimi mənə çatdı. Bu necə ola bilər? Lider TV səhm cəmiyyətidir. Bu necə olur ki, pul rəsmi quruma əlbəl verilir, ortada heç bir müqavilə yoxdur??

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA