"Reket" qəzetlər müsabiqədə iztirak edə bilməyəcək

img

30-07-2009 [03:45]


Adı Mətbuat Şurasının "qara siyahı"sında olan qəzetlər Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV redaksiyaları, informasiya agentlikləri və jurnalist təşkilatları arasında keçirdiyi müsabiqəyə qatıla bilməyiblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüsenyzadə məlumat verib. Rəhim Hüseynzadə deyib ki, müsabiqənin şərtinə görə, maliyyə vəsaiti üçün Dəstək Fonduna müraciət edən KİV redaksiyası, informasiya agentliyi və jurnalist təşkilatı Mətbuat Şurasından peşə etikasını pozmadığına dair arayış almalıdır: "İndiyə kimi Mətbuat Şurası 75 "reket" qəzetin adını açıqlayıb. Dövlət və hökumət qurumlarının, özəl sektor nümayəndələrinin və ictimaiyyətin məlumatlandırılması üçün tez-tez həmin qəzetlərin siyahısını mətbuatda dərc etdiririk. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə qatılmaq üçün "reket" qəzetlərin heç biri bizə müraciət etməyib. Görünür, onlar müraciətlərinə mənfi cavab veriləcəyini bildikləri üçün bu addımı atmağa lüzum görməyiblər".

Digər xəbərlər
SON XƏBƏRLƏR