çingiz Qənizadə və Elçin Behbudov Fərəməz Novruzoğlunu məhkəməyə veriblər

img

29-07-2009 [08:09]


Hüquq müdafiəçiləri - Çingiz Qənizadə və Elçin Behbudov ?Millətim? qəzetinin baş redaktoru Fərəməz Novruzoğlunu məhkəməyə veriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) F.Novruzoğlunun özü məlumat verib: ?Aprel-may aylarında ?Millətim? qəzetində həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə yazdığım silsilə məqalələrə görə Çingiz Qənizadə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında, Elçin Behbudov isə 100.000 (yüz min) manat cərimə olunmağımı istəyərək mülki qaydada iddia qaldırıb. Həmin yazılarda həmçinin vurğulamışam ki, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus və RATİ sədri Emin Hüseynovdan başqa heç bir QHT sədri normal hüquq müdafiəsi ilə məşğul olmur. Bu səbəbdən də nə Leyla Yunus, nə də Emin Hüseynovu monitorinq aparmaq üçün həbsxanalara buraxmırlar? ? deyən F.Novruzoğlu əlavə etdi ki, hər iki iddia Nərimanov rayon məhkəməsinin hakimi Arif İsmayılovun icraatındadır. Avqustun 4-ü saat 15.00-da Elçin Behbudovun, avqustun 5-i saat 16.00-da isə Çingiz Qənizadənin iddiasına əsasən məhkəmə prosesləri keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR