Əli Mirəliyevdən Elza Seyidcahana xəbərdarlıq: ?Ağlını bazına yığ, izinlə məzğul ol?

img

29-07-2009 [04:50]


Bəstəkar-müğənni Elza Seyidcahan ?Lent.az?a açıqlamasında Əli Mirləyevin ittihamlarına cavab verərək ?Dəlixanada təkcə Əli Mirəliyev üçün konsert verəcəyəm? deyib. Əli Mirəliyev isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Elza Seyidcahanın ağlının yerində olmadığını bildirib: ?Adam sözünü deyəndə dəlixanaya düşməlidi? Mən onun xətrini çox istəyirəm. Amma nahaq belə danışıb. Onun hərəkətləri ağlının yerində olmadığını və psixologiyasında böyük problemlər yaşandığını göstərir. Mənim bu qadına yazığım gəlir. Nə məqsədini bilir, nə də hərəkətlərini. Mən bilmirəm, dəlixana deyəndə o, nəyi və kimi nəzərdə tutub. Məncə, o dəlixanaya sənə maliyyə verənlər getməlidi. Gör, onlar pulu kimə verir? Əli Mirəliyev hələ dəlixanalıq deyil?. Müğənni MİA vasitəsiylə bəstəkara mesaj ünvanlayıb: ?Elza, adam həqiqəti deyəndə onu dəlixanaya göndərməzlər. Tənqiddən nəticə çıxararlar. Mən neyləyim ki, sənin şüurun yoxdur. Ağlına gələni danışırsan, sonrada onu həyata keçirirsən. Gah hacılara, gah heyvanlara, gah da şama konsert verirsən. Səndən soruşuram tamaşaçı nə vaxtdan şam oldu, bu təhqir deyil? Heyvanlardan sonra hacılara konsert vermək islama quluq edənlər üçün tərifdi, yoxsa təhqir? İndi de görüm dəixanaya kim getməlidi? Mən, yoxsa sən? Bu ğalsız sözləri səndən başqa kim danışar? Ağlına nə gəlir onu da edirsən. Adamın yiyəsi və məqsədi olar. Elan ver ki, konsert verirəm. Eşidən gələcək. Daha sənin hacılardan nə işin? Bütün aylarda müğənnilər konsert verir. Röya, Aygün . Onların hansının reklamında sənin gic-gic sözlərin gedir. Ayıb deyil? Zeynab Xanlarova, Qulu, Rübabə Muradova kimi sənətkarlar hacılara konsert verib? Sən bununla özünü fərqləndirmək istəyirsən?. Ə.Mirəliyevin sözlərinə görə, onun dəli olmağı ilə bağlı heç bir ortada sübut yoxdur: ?Mənim sağlamlığımda problem yoxdur. Dəlixanalıq halım da yoxdu. İnfarkt keçirmişəm və müalicə olunmuşam. Səndən fərqli olaraq başıma hava gəlməyib. Danışığımda da problem yoxdur. Elzadan fərqli olaraq, şüurum, beynim yaxşı işləyir?. Müğənni onu da bildirib ki, yaşda Elza xanımdan böyükdü. Onun fikrincə, Elza xanım Ə.Mirəliyevin yaşına hörmət etməli idi: ?O, mənim yaşıma hörmət etməliydi. Çünki mən ona hörmətsizlik etməmişəm. Qadındır, uşağı var. Gör nə gündəsən ki, hacılar da sənə mesaj ünvanlayıb. Hacılar da cavabını verdi. Bundan nəticə çıxmırsansa mən neyləyim? Dedilər ki, sənə pul lazımda hesab nömrəsi aç biz də ora pul ötürək. Amma bizi çirkin oyunlarına qatma. Biz hara sən hara? Ağlını başına yığ, işinlə məşğul ol?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA