Gənclər narkotiklər əleyhinə maarifləndirilir

img

29-07-2009 [04:16]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı ilə birgə ?Narkotiklərsiz həyat? adlı layihə həyata keçirir. Milli Şuranın mətbuat katibi Əlizadə Nəcəfovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, layihə çərçivəsində Bakı və Abşeron, eləcə də ölkənin cənub bölgəsindəki gənclər arasında narkotiklərə qarşı maarifləndirmə işləri aparılır. Ə.Nəcəfov deyib ki, maarifləndirmə tədbirləri çərçivəsində ?həmyaşıddan-həmyaşıda? metodu üzrə təlimlər də keçirilir. Layihənin təşkilatçıları yekun olaraq avtobus turu təşkil ediblər. Avtobus turu Biləsuvar-Masallı-Lənkəran marşurutunu əhatə edir. Bu tədbir çərçivəsində həmin rayonlarda yaşayan gənclərə narkotiklərə əleyhinə müxtəlif təlimlər keçilir, bukletlər paylanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR