Yadigar Məmmədli ?Media açarı?ının təsisçiliyindən getdi

img

28-07-2009 [06:16]


?Media açarı? mükafatının təsisçilərindən olan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli açıqlama yayıb. Açıqlamada Y.Məmmədlinin ?Media açarı?ının təsisçiliyindən getməsinin səbəbləri qeyd olunur. - Son günlər qəzet səhifələrində, portallarda agına-bozuna baxmadan səpələnən bəzi ittihamlara sadəcə nəzər yetirmək kifayətdir ki, media həyatında hər şeyi alt-üst edəcək çox ilginc bir nəsnənin baş verdiyini güman edəsən. Həmin yazılardan boylanan qəzəbli baxışları yadıma salanda tüklərim ürpəşir. Axı nə baş verib? Əslində hadisə iyulun 21-dən bir gün öncə, ayın 20-də başladı. Münsiflər heyətinin təsisçilərin də səsvermə və müzakirəyə qatılma hüququ olmadan iştirak etdiyi ilk və son toplantısı bitdi, qərarlar qəbul edildi və mən bir sıra KİV-lərə, o cümlədən ?Yeni Müsavat?ın xanım yazarına məlumatları ötürdüm. Amma di gəl, Sevinc Telmanqızı əl çəkmədi, mükafatçıların arasında ozününkilərin olub-olmamasıyla maraqlandı. Çox təkiddən sonra ?narahat olmayın, qaliblər arasında sizinkilər də var? dedim. ?Axi bizdən iki nəfərdir, kim qalibdir? sualına ?sənə bir ipucu verim, qaliblərə tədbirdən öncə mütləq zəng vururlar ki, iştirakı vacibdir, kimə zəng etsələr, qalib odur? cavabını verdim. Etiraf edirəm, çox da uğurlu cavab deyil, hətta yanlışdır, amma nə gizlədim, Sevincin təkidlərindən qurtulmağa çalışdığım o dar macalda, müxbir qızın ?nə olar, onsuz da yazmayacam? aldadıcı vədindən sonra bundan mərifətli cavab ağlıma gəlmədi. Mən əmin idim ki, qalib olmadığına görə ?Yeni Müsavat?çıya ayrıca zəng vurulmayacaq və iş bununla da bitəcək. Amma və lakin ?müharibə?nin başlamasına siyasi qərar artıq verilmişdi deyə ?səbəb? yetərli idi. Bundan sonrası olayla maraqlananlara bəllidir. Mənim üçünsə çox şey qaranlıqdır. Necə oldu ki, ?Yeni Müsavat?çılar üçün ?müharibə? əlverişli və uyğun oldu, yəni çatlar bu qədərmi dərinə işləyib? Yoxsa ortamın ağırlıgından gunahi bir-birimizdə görürük? Dostlarım da birər-birər məni qınadı. Haqlıdırlar ki, məsuliyyət mənim üzərimdədir. Axı mən bunu heç gizlətmədim də... Vəlvələdən, ya zəlzələdən - olanlar media cameəsi üçün başdan-ayağa utanc gətirən faktlarla doludur. Amma qayıdıram mətləbə. ?Yeni Müsavat?çıların mənimlə olan müsahibədənkənar söhbətləri təhrif edərək fakt kimi səhifələrində geniş işıqlandırmalarını qətiyyətlə pisləyirəm və bunu qəzet rəhbərliyinə bağışlamıram. Tam məsuliyyətlə bildirirəm ? münsiflərin ?Yeni Müsavat?çılardan kimisə guya qalib elan etməsi, sonradan təsisçilərdən birinin təsiri altında həmin qərarını dəyişdirməsi haqqında yazılanlar bu qəzetin öz uydurmasıdır, mənə, təsisçi dostlarıma və dəyərli jüri üzvlərinə qarşı böhtandır. Eyni zamanda ?Yeni Müsavat?a düzgün anlaşılmayan müsahibədənkənar cavabıma görə xeyli rəncidə olan bütün həmkarlarıma ? ?Media açarı?nın nominantlarından tutmuş təsisçilərinə qədər hamiya ? istəmədiyim halda narahatçılıq gətirdiyim üçün peşman oldugumu bildirirəm. Ədalətli olun, cənablar. Və bu söhbəti burada qapadıram. Sonda isə mənim adımdan da ədalətsizcəsinə istifadə etməklə ?Media açarı?na, onun təşkilində iştirakı olan dəyərli həmkarlarıma qarşı aparılan qərəzli kampaniyaya və bütün olaya etiraz əlaməti kimi rəhbərlik etdiyim Demokratik Jurnalistlər Liqasının ?Media açarı?nın təsisçiliyindən çıxmasını bəyan edirəm. Gələcəkdə də bu ənənənin qorunması işinə yardım göstərməyə hazır olduğumu və bütün digər sahələrdə həmtəsisçilərlə sıx əməkdaşlığımızın davam edəcəyinə əminliyimi bildirirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR