ilhamə Quliyeva ?Azəri-star-2009?-dan imtina edib

img

28-07-2009 [05:37]


Xalq artisti İlhamə Quliyeva ?Azəri-star-2009? layihəsinin münsiflər heyətindən təmsil olunmaqdan imtina edib. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı sənətkarın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərli verib. ??Azəri-star-2009? layihəsi ilə bağlı İlhamə xanıma dəvət gəldi. Müsabiqənin təşkilatçıları ona dedilər ki, ?biz Sizi bu dəfə də münsiflər heyətində görmək istəyirik?. İlhamə xanımsa heç fikirləşmədən yox cavabını verdi. Təbii ki, dəvət edən tərəf bunun səbəbini də soruşdu. İlhamə xanım isə bildirdi ki, daha bu layihə öz reytinqini itirib. Bundan sonra həmin layihəyə reytinq yığmaq çətin məsələdi. Bunu İlhamə xanım sonuncu starçılardan da aydın gördü. ?Azəri-star? təzə başlayan vaxtlarda biz gör nə qədər istedadlı uşaqlar təqdim etdik. İndi bu uşaqların hamısı populyardır. Təbii ki, burada İlhamə xanımın əməyi var. O, bu müsabiqəyə qatılan bütün uşaqlara səhnə mədəniyyətindən tutmuş ifa tərzinə qədər hər şey öyrədirdi. Amma indi İlhamə xanım hesab edir ki, tez-tez efirə gedən bir müsabiqədə istedadlı uşaqlar tapmaq çətin olur. Səssiz, istedadı olmayan iştirakçılardan ötrü isə vaxt aparmağa dəyməz. Həm də İlhamə xanım xalqı aldatmaq istəmir. Hər şeyin təzəsi olduğu kimi bu müsabiqənin də ələyi ələnib?. F.Ələkbərlinin sözlərinə görə, İlhamə xanım ?Azəri-star-2009? müsabiqəsinə qatılan iştirakçıların hər birisinə uğurlar arzulayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA