Muğamlarımızın yeni layihədə təqdimatı olacaq

img

28-07-2009 [05:36]


Sentyabrdan sonra Azərbaycan muğamları yeni layihə ilə təqdim olunacaq. Muğam Teatrının direktoru Arif Qazıyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hazırda istirahətdə olsalar da, bəzən bir yerə toplaşıb, yeni bir layihəni müzakirə edirlər: ?Layihə üzərində fikir mübadiləsi davam etdirilir. Yeni mövsümdən etibarən Azərbaycan muğamları tamaşaçılara arzu etdikləri bir formada təqdim ediləcək?. Azərbaycan muğamlarının səhnələşdirilməsi məsələsinə gəlincə, A.Qazıyev deyib ki, muğamların bəziləri səhnələşdirilsə də, bəzilərinin yalnız ssenarisi yazılıb: ?Sadəcə, maliyyə problemi olduğundan həmin layihələr yarımçıq qalıb. Sağlıq olsun, sponsor tapılanda həmin işlərə yekun vurulacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA