Cavan Zeynallı: ?Mənim uğurum bəzilərini narahat edir?

img

27-07-2009 [06:22]


?İsveçrədə keçirilən 43-cü Beynəlxalq Caz Festivalında qalib olan İsfar Sarabskinin sənəti ilə tanış deyiləm. Bilmirəm ki, o, necə ifa edir? Ümumiyyətlə, bu festivalda baş verənlər və iştirakçılardan tam xəbərsizəm. Amma məsələni belə qoymayacam. Onun sənəti ilə dərindən maraqlanandan sonra festival qalibinin hansı sənətə xidmət etdiyini açıqlayacam?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında əməkdar incəsənət xadimi, cazmen Cavan Zeynallı deyib. C.Zeynallı bildirib ki, tanımadığı cazmenin birinci yeri necə tutmasını başa düşmür: ?Əslində, belə iştirakçıları mən öyrətməliyəm. Mədəniyyət və Turizm Nazirliyi bundan ötrü məndən kömək istəməlidir. Nazirlikdəki bəzi şəxslərin isə dahi adamları gözü götürmür. Amma belə şeylər məni ruhdan salmır. Yolum Caz Mərkəzinin yanından keçəndə, üzümü başqa səmtə tuturam. Onlar mənim başımdan basmaq və bu sənətdən iyrəndirmək üçün nələrə əl atmayıblar? Elə ötən il respublikamızda keçirilən Caz Festivalında başıma hansı oyunları açmadılar? Mənim kimi adama iki dəqiqə vaxt verdilər. Bu mənim üçün çox az vaxt idi və həmin müddətdə nə etmək olardı? Sonra başa düşdüm ki, bunlar qəsdən belə ediblər ki, mən, ümumiyyətlə, sənətdən uzaqlaşım. Mədəniyyət və Turizm Nazirliyindəki şəxslər də daxil olmaqla, onlar eyni mövqeli adamlardır. Bir yerdə oturub-durur, eləki içirlər, başlayırlar mənim qeybətimə?. C.Zeynallı bildirib ki, onun caz sənətinə ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva qiymət veriblər: ?Mənə ev, fəxri ad veriblər. Lazımi məkana dəvət almışam. Orada məhz onlar üçün konsert vermişəm. Mən çox xoşbəxtəm ki, Prezident və onun xanımı mənim çanlı ifamın dinləyicisi olub. Bilirəm ki, onlar hər adamın ifasına canlı qulaq asmazlar. Amma mənim bu uğurum bəzilərini narahat edir və məni məhz belə uğurlara görə festivallara da dəvət etmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA