QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələzdirdiyi layihələrin monitorinqi davam edir

img

27-07-2009 [01:45]


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ?Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsinin icrasını davam etdirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu günə qədər layihə həyata keçirən 30 təşkilatda monitorinq aparılıb. Bu barədə BAMF-ın proqramlar departamentinin rəhbəri, sözügedən layihənin işçi heyətinin üzvü Siyab Məmmədli məlumat verib. O, monitorinq zamanı ciddi pozuntularla, layihənin icrası ilə bağlı xoşagəlməz hallarla rastlaşmadıqlarını dedi: ?Layihələrin monitorinqi zamanı elə də ciddi pozuntular müşahidə olunmayıb. Əlbəttə, ümumi işin keyfiyyətinə əsaslı şəkildə təsir etməyən, amma düzəlməsi vacib olan xətalar da mövcuddur?. O, hələlik hər hansı bir təşkilatın adını çəkməsə də, müəyyən layihələr tam başa çatandan sonra gələcəkdə daha konkret açıqlama verəcəklərini söylədi: ?Xatırladım ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının 226 layihənin 113-nün monitorinqini BAMF, digər 113 layihənin monitorinqini isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi həyata keçirir. Hər layihənin icrası bir neçə dəfə monitorinq oluna bilər. Monitorinq tam bitəndən sonra layihələrin həyata keçirilməsi ilə bağlı ünvanlı məlumat veriləcək?. S.Məmmədli onu da vurğuladı ki, indiyədək aparılan monitorinq zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihələr sırasında vətəndaş cəmiyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edən xeyli layihələr olduğu ortaya çıxıb. Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi ərəfəsində BAMF-ın və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin işçi heyətlərinə beynəlxalq məsləhətçisi Lütfül Kəbir tərəfindən iki günlük treninq keçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR