Türkiyədə ürəyindən əməliyyat olunan xalq artisti Yalçın Rzazadə Bakıdadır

img

26-07-2009 [06:51]


[b]Həkimlər ona səhnəyə çıxmaq üçün qadağa qoymayıb[/b] Xalq artisti Yalçın Rzazadənin Türkiyədə ürəyindən əməliyyat olunması barədə məlumat vermişdik. Dünən gecə isə xalq artisti Azərbaycana gətirilib. Sənətkarın həyat yoldaşı Roza Rzazadə deyilənləri təsdiqlədi. Onun sözlərinə görə, Y.Rzazadə Bakıdadır: "Yalçın müəllim dünən Bakıya gətirilib. Əməliyyatdan sonra özünü həddən artıq yaxşı hiss edir. Ürəyində olan bütün qüsurlar aradan qalxıb". Bəs, Y.Rzazadəyə ilk olaraq kimlər baş çəkib, səhhəti ilə kim maraqlanıb? Roza xanımın sözlərinə görə, sənətkar evinə döndüyü andan evdə gedib-gələnlərdən yer yoxdur: "O qədər adam gəlir. Eşidənlər Yalçın müəllimə göz aydınlığı verir. Zarafat deyil, ağır əməliyyatdır. Allah heç kəsə nəsib etməsin. Gələnlər arasında dostlar da var, qohumlar da, sənət adamları da. Bir-iki günə Yalçın müəllim ətraflı məlumat verəcək. O ki qaldı onun səhnəyə qayıtmasına həkimlər bu barədə ona qadağa qoymayıblar. Yalçın Rzazadə yenə səhnədədir, yenə sənətdədir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA