Aygün Kazımovadan polisə zikayət ediləcək

img

26-07-2009 [06:10]


[b]Xalq artistinin prodüserin bahalı avtomobilini yandırıtmaq cəhdində əlinin olması aydınlaşdırılacaq [/b] Bir neçə il ərzində Hollandiyada və digər Avropa ölkələrində konsert təşkilatçısı və prodüser kimi fəaliyyət göstərən Sultan Mustafayevin artıq Azərbaycana köçməsi barədə yazmışdıq. Hətta qəzetimiz vasitəsilə prodüser bəzi sənətçiləri və həmkarlarını tənqid edərək, onlara açıq-aşkar meydan oxumuşdu. Dünən S.Mustafayev redaksiyamıza zəng edərək naməlum şəxslər tərəfindən qarajının yandırıldığını bildirdi: "Mənim sözü üzə deməyim, güclü rəqib olmağım çoxlarının canına vəlvələ salıb. Buna görə də onlar mənə hər vasitə ilə əngəl olmaq istəyirlər. Hətta məndən qisas almaq üçün maşınımı yandırmağa cəhd ediblər, qarajıma od vurublar. Yaxşı ki, həmin vaxt maşın qarajda olmayıb". Prodüser bildirib ki, düşmənlərinin yandırmaq istədiyi "Range Rover" markalı bahalı avtomobili ona hadisədən bir neçə gün əvvəl vəzifəli dostlarından biri hədiyyə edib: "Bu isə məni gözü götürməyən bəzi həmkarlarımı paxıllıqdan çatladıb. Bu məsələdə xalq artisti Aygün Kazımovadan da şübhələnirəm, çünki bu yaxınlarda mətbuata onunla bağlı tənqidi fikirlər söyləmişdim". S.Mustafayev məsələ ilə bağlı polisə şikayət edəcəyini də bildirib. Yayın cırhacırında ATV telekanalında yayımlanan "Xeyir ola?" verilişini aparmaqda davam edən Aygün Kazımova isə öz pərəstişkarlarını maraqlı yaradıcılıq işləri ilə sevindirmək üçün çıxış yolu axtarır. Çoxdandır onlara yeni klipini və albomunu vəd edən sənətçi, bəzi səbəblərdən buna əməl edə bilmir. İki həftə öncə, müğənni boşluğu doldurmağa cəhd edərək, sentyabr ayına planlaşdırdığı konsert barədə məlumat vermək üçün jurnalistləri başına topladı. Amma konsertə hələ 2 ay qaldığından sənətçinin mətbuat konfransı keçirməsi çoxlarında təəccüb doğurdu. Əldə etdiyimiz məlumata görə, Aygün Kazımovanın sənət aləmində olduğu 21 ilin şərəfinə hazırladığı 21 mahnıdan ibarət albom üzərində işlər tamamlanma ərəfəsində olsa da, müğənni tam ürəyincə olan, "bomba partladacaq" mahnını hələ də tapa bilməyib. Bu səbəbdən də həm albomun, həm də həmin mahnıya çəkiləcək klipin təqdimatı gecikir. Yaradıcılıq işlərində "bomba partlada" bilməyən A.Kazımova deyəsən, şou-biznes aləminə yenidən qalmaqalla, polisə izahat verməklə səs-küy salacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA