Mirzə Sakit gənc bloqçulara həsr olunmuz zeirlərindən ibarət diskin təqdimatini keçirib

img

24-07-2009 [07:32]


Bu gün Norveç İnsan Haqları Evinin mətbuat mərkəzində satirik yazar Mirzə Sakitin gənc bloqçular - ?Alumni Network? Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsinə həsr olunmuş şeirlərindən ibarət diskinin təqdimat mərasimi keçirilib. Satirik yazar Mirzə Sakit (Sakit Zahidov) çıxışında bildirdi ki, diskdə gənc bloqçulara həsr olunmuş satirik şeirlər yer alıb. ?Bu diski hazırlamaqda və təqdim etməkdə məqsədimiz onlara mənəvi dəstək olmaq və ictimaiyyətə gənclərin həbslərinin əsil səbəblərini çatdırmaqdır. Bu şeirləri həmçinin kitab şəklində də çap etdirmək niyyətindəyəm? ? deyən M.Sakit vurğuladı ki, bu mövzuya həsr olunmuş şeirlərdən ibarət ikinci disk də buraxmaq fikrindədir. Daha sonra çıxış edən ABŞ səfirliyinin nümayəndəsi Dmitri Doroxovski, Azərbaycanda Gənclərin Müdafiə Hərəkatının üzvü Ramin Hacılı, media nümayəndələri - Seymur Baycan, Xalid Bahadır Azərbaycandakı söz azadlığının məhdudlaşdırılması və bu sahədə gənclərə olan təzyiqləri maarifçiliyin tənəzzülü kimi qiymətləndirərək, yaranmış vəziyyətin daxili və xarici siyasət sahəsində Azərbaycan barədə mənfi rəy formalaşa biləcəyini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR