Mətbuat Şurasında Xocalı soyqırımına həsr olunmuz tədbir keçirildi

img

24-07-2009 [03:30]


Bu gün Mətbuat Şurasında ?Xocalı Soyqırımını Tanıtma? İctimai Birliyi və Mətbuat Şurasının birgə layihəsinin təqimat mərasimi olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü açan Mətbuat Şurasının sədri Əflatun Amaşov dünyadan köçmüş jurnalistlərin, Xocalıda və müharibədə şəhid olmuş vətənpərvər oğul və qızların ruhunu anmaq üçün bir dəqiqəlik sükut elan edib: ?Burda olan bütün jurnalistləri tədbirdə görməyimə çox şadam. İnanıram ki, bu qanlı, yaddaşlarda əbədi yara kimi həkk olunmuş günümüzü heç kim unutmayıb. Orda olan insanların necə amansızcasına öldürülməsi, qadınlarımızın, qızlarımızın, gəlinlərimizin başına gətirilən iyrənc hadisələr, uşaqların süngüyə keçirilməsi, yaşlı olan insanların yaşına-başına baxmayaraq işgəncələr verilməsi kimi hadislər məhz jurnalistlərimizin qələmi və fotoaparatının köməyi ilə dünya çatdırıldı. Bu işdə əməyi olmuş insanlardan biri də Şöhrət Həsənov olmuşdur. Şöhrətin işgəncələrə məruz qalmış insanların fotolarını çəkib, dünyaya çatdırmaqla sanki içindəki acını dünyaya çatdırmaq istəyirdi. Mən həm də bu gün bura toplaşmış jurnalistləri müsabiqəyə qatılmağa dəvət etmək istəyirəm. Qarabağ mövzusunda, həmçinin Xocalı soyqırımının yerli və xarici mətbuatda daha geniş işıqlandırılması məqsədi ilə Mətbuat Şurası və ?Xocalı Soyqırımını Tanıtma? ictimai birliyinin jurnalistlər arasında müsabiqə elan edir. Yerli mətbuatda dərc olunan məqalələrə görə pul mükafatı ayırıb: 1 yer 500 (beş yüz) manat 2 yer 350 (üç yüz əlli) manat 3 yer 250 (iki yüz əlli) manat 4-5-6 yer 100 (yüz) manat Müsabiqə 6 ay müddətinə keçirilir. Avqustun 1-dən başlayacaq müsabiqə fevralın 1-dək davam edəcək. Bu müddət ərzində müsabiqədə iştirak edəcək yerli jurnalistlər yaradılan işçi qrupuna Qarabağ mövzusu və Xocalı soyqırımını əks etdirən 5 qəzet materialı təqdim etməlidir. Xarici mətbuatda, TV və radioda işıqlandırılan materiallar üçün də mükafatlar təsis edilib. Bu mövzuda əcnəbi KİV-də çıxış edən 3 ən yaxşı jurnalistə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq. Sonra sözü ?Səhər? qəzetinin müxbiri, jurnalist Şamil Sabiroğlu davam etdirib: ?Azərbaycanın gözəl güşələrindən biri olan Xocalını, çox təəssüflər olsun ki, indi biz uzaqdan seyr edirik. Təbii ki, ürəyi vətən eşqi ilə yanan hər kəs bu gün Xocalını ürək ağrısı ilə yadda salır. Mən Xocalıda çəkilmiş əksər fotoların müəllifi olmuşam. Xocalı hadisəsi haqqında ilk məlumat verən jurnalistlərdən biriyəm. Şəhidli faciəni mətbuatda işıqlandıran jurnalistlərimiz olub. Onlardan çox hörmətli Seyidağa Mövsümlü dünyasını dəyişmiş, Elxan Rüstəmov ?AzərTac?ın müxbiri və digər adları sadalaya bilmədiyim jurnalistlər olub ki, Xocalı faciəsini məhz mətbuatda işıqlandırıblar. Jurnalistlərin o zaman faciə baş verən ərəfədə fotoları çəkməsi indi yaddaşlarda həkk olunmasına çox yardımçı olub. O zaman ?Səhər? qəzetini müxbiri olan Şahin Firudinoğlu, o iki körpə uşağın şəkilini Ağdamdan Bakıya gətirdi. Mən o vaxt Ağdam idim. Şahin çəkdiyi bir şəkil demək olar ki, qəzetlərin, jurnalların manşetində olan həmin şəkil, 2005-ci ildə ermənilər Amerikada nəşr olunan ?Sveta? adlı jurnalda erməni jurnalisti həmin şəkili öz adına çıxararaq, jurnalda dərc etmişdir. Belə bir faciəni dünyaya çıxarmaq istəyimiz bəzən uğursuz olur. Mənşəyi Gürcü olmuş lakin babası o vaxtlar Bakıdan köçmüş jurnalist, həmin ermənini məhz etdiyi hərəkətə görə işdən azad etmişdir. Lakin 2007-ci ildə həmin erməni qəzetə bərpa olunur və o şəkilidə erməni körpəsi kimi dünyaya çatdırır. Yəni bu cür amansızlıqlar edən ermənilərdən hələ ki, qısasımızı ala bilməmişik. Mən inanıram ki, biz o torpağları geri alacayıq və şəhid olmuş bizim vətənpərvər oğularmızın ruhu şad olacaq. Bu gün bura təşrif buyuran jurnalistləri Şöhrət Həsənov adına diplomu ilətəltif etmək istəyirəm. Seyidağa Mövsümov, Sərdar Mehdiyevi ölümündən sonra, ?Səhər? qəzetinin baş redaktoru Mahir Süleymanov və Çingiz Mustafayevi ölümündən sonra bu diplomla təltif etmək istəyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR