Elza Seyidcahan Əli Mirəliyevin qınaq obyektinə çevrilib

img

24-07-2009 [02:44]


?Yaxşı olar ki, Elza Seyidcahan hacılar və hacıxanımlar üçün deyil, Maştağa qəsəbəsindəki Ruhi-Əsəb Dispanserində müalicə olunan dəlilər üçün konsert versin. Hacılar və hacıxanımlar çox sağlam insanlardır. Onların musiqiyə ehtiyacı yoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında müğənni Əli Mirəliyev həmkarı Elza Seyidcahanın hacılar üçün konsert vermək istəyinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Elza xanım ölkənin ən ?bərkgedən? hacıları ilə yaxınlıq əlaqələri qurub: ?Elza xanım pullanmaq üçün indi də onlarla oturub durur. Çünki ölkədə imkanlı şəxslərin böyük əksəriyyətini hacılar təşkil edir. Bu saat pul onlardadır. Hacı Madər ölkənin ən bərkgedən hacılarındandır. Məhz buna görə, o, hacılar üçün konsert vermək istəyir. Hacıxanımları isə başa düşə bilmirəm. Yəqin ki, onlar sadəcə, gözdən pərdə asmaq üçündür?. Ə.Mirəliyev deyib ki, Elza Seyidcahının bu təşəbbüsünü heç cür anlaya bilmir: ?O, əvvəlcə heyvanlar üçün konsert verdi, indi də hacılar üçün səhnəyə çıxmaq istəyir. Heyvanlar hara, hacılar hara? Çox müəmmalıdır. Bir az düz gəlmir. Belə çıxır ki, bizim Elza xanım ancaq hacıları insan sayır??. Ə.Mirəliyevin sözlərinə görə, Elza xanım əvvəlcədən hacıların başbilənləri ilə söhbətləşib. Onun fikrincə, elə müğənnini həvəsə gətirən də onların vədləri və pulları olub: ?Deməli, aralarında anlaşma olduğu üçün hacılara konsert verir. Mən niyə verə bilmirəm? Açığı, mən də o addımı ata bilərəm. Amma bir həqiqət var. Bilmirəm ki, Elza xanımın ?öhdəsində? olan hacılar mənim konsertimə gələcək, ya yox?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA