ismayıl Şıxlının ?Dəli Kür?ü türk dilinə tərcümə olunub

img

23-07-2009 [03:27]


Bu gün Atatürk Mərkəzində İsmayıl Şıxlının 90 illiyi və ?Dəli Kür? kitabının türk dilinə tərcüməsi ilə bağlı mərasim keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, mərasimi giriş sözü ilə yazıçının oğlu, ?Ayna? və ?Zerkalo? qəzetinin baş redaktoru Elçin Şıxlı açıb: ?Təşəkkür edirəm ki, sizlər bu tədbirdə iştirak edirsiniz. Bu əsəri inanmıram ki, az insan oxusun. İndisə bu əsər türk dilinə tərcümə edilib ki, bizim türk qardaşlarımız da onu öz dillərində oxuyub, anlaya bilsinlər. Bu kitabı yazıçımız, jurnalistimiz Yasemin Bayer tərcümə edib. Bu kitabı türk dilinə tərcümə edib, ərsəyə gətirən bütün insanlara öz minnətdarlığımı bildirirəm?. Sonra millət vəkili Nizami Cəfərov söz aldı: ?Böyük mütəfəkkirimiz, yazıçımız İsmayıl Şıxlının bu il 90 yaşı tamam olur. Bu 90 yaş ərəfəsində bir sıra tədbirlər keçirilib. Onun əsərləri tamaşaya qoyulub, haqqında məqalələr yazılıbdır. İsmayıl Şıxlı elə bir insan olub ki, onun haqqında yazmaq və həmişə düşünmək lazım gəlib. Yəni o, millətin səviyyəsini göstərən şəxsiyyətlərimizdəndir. ?Dəli Kür? İsmayıl Şıxlının demək olar ki, ən gözəl əsərlərindən biridir. Bu əsər rus dilindən başqa bir dilə də tərcümə olmuşdur. Nə qədər kecikmiş olsada, artıq bu əsər türk dilinə tərcümə olunub. Bu tərcüməni yuksək səviyyəli tərcümə hesab etmək olar. Bu tərcümənin yuksək səviyyədə olmasına görə gözəl xanım, yazıçı, jurnalist Yasəmin Bayerin əməyi böyük olmuşdur. Kitab artıq Türkiyyədə nəşrdən çıxmışdır. Eyni zamanda ona çox sağol deyib, öz təşəkkürümüzü bildiririk. Bu xanım bizim ədəbiyyatımızın xeyli gözəl əsərlərini, nisbətən yaşlı nəsil ədəbiyyatından başlayaraq əsərlərimizi, nağıllarımızı tərcümə edib. Türkiyədə bu əsərlərin, nağılların tanınmasına imkan yaradıb. Yasemin xanım bu yaxınlarda Heydər Əliyevə aid olan bir kitabı da türk dilinə yüksək səviyyədə tərcümə edib. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasına görə şəxsən mən Yasemin xanıma dərin təşəkkürümü bildirirəm?. Tədbirdə çıxış edənlərdən Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla da ?Dəli Kür? əsərinin türk dilinə tərcümə olunmasının sevindirici hal olduğunu bildirib: ?Bu əsərin türk dilinə tərcümə olunması, yazıçı haqqında da məlumat verir. Bu kitab yazıçı haqqında geniş təsəvvür yaradır. Yasemin xanımın bu kitabı belə yüksək səviyyədə tərcümə etməsi, bu əsərə qarşı hörmətlə yanaşmasının təzahürüdür. Mən inanıram ki, bu əsəri Azərbaycanda sevildiyi kimi, türkiyəli oxucular tərəfindən də seviləcək?. Kitabı tərcümə edən jurnalist-yazıçı Yasemin Bayer isə bu əsəri oxuduğunu və çox bəyəndiyini diqqətə çatdırdı: ?Bu əsəri oxuduqdan sonra çox bəyəndim və qərara gəldim ki, bu əsəri də digər tərcümə etdiyim əsərlərə əlavə edim. İnandırım sizləri ki, mən bu əsəri sevərək tərcümə etdim. Yəqin edirəm ki, bu əsər türk oxucularının da sevimli əsərlərinə çevriləcək. Mən əlimdən gələni çalışdığım qədəri etdim. Belə görkəmli yazıçının əsərini tərcümə etməyin məsuliyyətli iş olduğunu demək istəyirəm. Amma buna baxmayaraq, əsərə sevgi məni bu addımı atmağa məcbur etdi. İnanıram ki, əsər sizi qane etdirən dərəcədə tərcümə olunub. Yenə də hər kəsə təşəkkür edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA