?Qarabağ?ın oyununda siyasi züarlar səsləndiriləcək

img

23-07-2009 [12:49]


?Mən özüm futbola getmirəm. Amma bizim təşkilatın üzvləri stadionda olacaqlar. Əminliklə deyə bilərəm ki, onlar komandamıza lazımı səviyyədə dəstək verəcəklər?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. Akif Nağı bildirib ki, sədri olduğu təşkilatın üzvləri ?Qarabağ? - ?Rusenborq? matçının gedişində Ermənistanın Azərbayacana təcavüzü ilə bağlı mütxəlif siyasi şüarlar səsləndirəcəklər, eləcə də oyuna xüsusi plakatlar hazırlanıb: ?Oyuna hazırlaşmışıq. Bir neçə gün əvvəl AFFA-ya da müraciət ünvanladıq ki, oyuna komandamız qara sarğıyla çıxsın. Eləcə də matçdan əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilsin. Eyni zamanda bizim təşkilatın üzvləri oyunun gedişində müxtəlif siyasi şüarlar səsləndirəcəklər. Həmçinin qarşılaşma üçün xüsusi plakatlar da hazırlamışıq. Lakin bizi narahat edən yeganə məqam polisin işimizə müdaxilə etməsidir. Elə bundan bir qədər əvvəl Şəhidlər Xiyababında idik. Lakin polislər imkan vermədilər ki, Ermənistanın bayrağını yandıraq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA