Mətbuat Günündə 3 jurnalistə həbs cəzası verildi!

img

22-07-2009 [06:54]


İyulun 22-də Nizami Rayon Məhkəməsi ?Nota? qəzetinin baş redaktoru vəzifəsini icra edən Sərdar Əlibəylinin və qəzetin əməkdaşı Fərəməz Allahverdiyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan ?Turan?a verilən məlumata görə, hakim Ziya Əliyev ?Azadlıq Hərəkatçıları? Birliyinin rəhbəri Təhmasib Novruzovun iddiasını təmin edərək S.Əlibəylini Cinayət Məcəlləsinin 148-ci (təhqir), F.Allahverdiyevi isə 147.2-ci (ağır cinayət törədilməsi ilə bağlı böhtan) maddəsi ilə təqsirli bilib. Qəzetin daha bir əməkdaşı Ramiz Tağıyev 147.2-ci maddə ilə təqsirli bilinib və 6 ay müddətinə islah işlərinə məhkum edilib. Maraqlıdır ki, hakim hökmün icrasını təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılmasına qədər təxirə salıb. T.Novruzovun məhkəməyə müraciətinə 2009-cu ilin mart-aprel aylarında ?Nota? qəzetində dərc edilən məqalələr səbəb olub. F.Allahverdiyev və S.Əlibəyli əvvəllər də böhtana görə mühakimə olunub və təqsirli biliniblər. 2007-ci ilin yanvarında F.Allahverdiyev 2 il müddətinə həbs cəzasına məhkum edilib. S.Əlibəyli isə 1 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmin ilin dekabrında F.Allahverdiyev əfv edilib və azadlığa çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR