Müsavat Partiyasının bazqanı isa Qəmbər jurnalistləri təbrik edib

img

22-07-2009 [06:44]


Müsavat Partiyasının başqanı İsa Qəmbər 22 iyul Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib. Təbrikdə deyilir: ?Hörmətli mətbuat işçiləri! Sizi, 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edir, Sizə azad, demokratik cəmiyyət quruculuğu istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram. 134 il bundan əvvəl Azərbaycanın böyük maarifçisi H.Zərdabi ?Əkinçi? qəzetinin nəşrinə başlamaqla Azərbaycanda milli mətbuatın əsasını qoydu. ?Əkinçi? qəzeti çap olunduğu ili il ərzində maarifçilik ideyalarının yayılmasında müstəsna xidmətlər göstərdi. Maarifçilik ideyalarının yayılmasında müstəsna xidmətlər göstərdi. Maarifçilik ideyalarının təbliği ?Şərqi-Rus? ?Həyat?, ?Fyuzat?, ?Açıq söz?, ?Molla Nəsrəddin? və digər qəzet və jurnallarda davam etdirildi. Həmin illər ərzində Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə və onlarla başqa fədakar qələm sahibləri Azərbaycanın bu günü və sabahı üçün böyük bir məktəbin əsasını qoydular. Bu məktəb ilk növbədə xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və ümumbəşəri dəyərlərə qovuşmasında üzərinə götürdüyü missiyanı ləyaqətlə həyata keçirdi. Hörmətli media nümayəndələri! Bir daha peşə bayramınızı təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. İnanıram ki, bu günki avtoritar rejim müstəqil mətbuata təzyiqləri və jurnalistlərə qarşı repressiyaları nə qədər davam etdirsə də, ölkədə azad sözün boğulmasına nail ola bilməyəcək. Siz öz mütəşəkkilliyiniz və mübarizliyinizlə nəinki bunun qarşısını alacaq, hətta belə çətin şəraitdə də ölkədə fəaliyyət göstərən digər demokratik təsisatlarla birlikdə mətbuatımızın inkişafına nail ola biləcəksiniz. Müsavat Partiyası bundan sonra da azad mətbuatın, öz şəxsiyyətinə və qələminə hörmət edən bütün jurnalistlərin haqq işini daim müdafiə edəcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR