?Toylar kralı-2?nin nəticəsi müğənni Manaf Ağayevi qane etməyib

img

22-07-2009 [05:11]


?Toylar kralı-2? layihəsinin qalibi Nəriman Mingəçevirli deyil, Əlizamin Bərdəli olmalı idi. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında müğənni, ?Toylar kralı-1?in qalibi Manaf Ağayev söyləyib. Onun dediyinə görə, Nəriman Mingəçevirli ANS telekanalının efirini ?Akkord? Şirkətlər Qpuna məxsus iki otaqlı ev və ?Cip? markalı avtomobillə tərk etdi: ?Ən qəribəsi isə odur ki, həmin evin açarlarını Nərimana mən təqdim etdim. Həmin anda ürəyimdən çox hisslər keçdi. Bu, normaldır. Dedim ki, mən də bu yıraşmanın qalibi olmuşam, 4 ay əziyyət çəkmişəm. Veriliş eyni, efir eyni, səhnə eyni. İstedadıma da söz ola bilməz. Bəs nəyə görə mənə belə bir hədiyyə verilmədi? Düzdür, mənim heç nəyə ehtiyacım yoxdur. Amma istərdim ki, mənə də nəsə hədiyyə etsinlər. Axı mən də Nəriman qardaşım kimi neçə ay həmin efirdə, həmin verilişdə əziyyət çəkmişdim. Düzdür, onda sponsor yoxi idi. Amma bu dəfə ?Akkord? sponsorluq etdi?. Müğənninin fikrincə, əsl sənətdən söhbət gedən yarışmanın mükafatı mütləq Əlizamin Bərdəliyə qismət olmalıydı. Onun sözlərinə görə, Əlizamin Bərdəli doğrudan da əsl sənət nümayiş etdirib: ?Buna saxtakarlıq demək olmaz. Sadəcə, Nəriman Mingəçevirlinin SMS göndərənləri çox oldu. Amma söhbət əsl sənətdən gedirdisə, birinci yer Əlizamin Bərdəlinin olmalıydı. Onun gözəl sənəti var. Nəriman isə ondan zəifdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA