?irəli? ictimai Birliyinin üzvləri Milli Mətbuat Günü münasibətilə Mətbuat Şurasında olublar

img

22-07-2009 [03:54]


Gənclərdən ibarət ?İrəli? İctimai Birliyi 22 iyul Milli Mətbuat Günü münasibətilə fərqli aksiya həyata keçirməkdədir. Belə ki, qurumun fəalları ölkəmizin aparıcı KİV redaksiyalarına və jurnalist təşkilatlarına baş çəkərək özlərinin bayram tortlarını təqdim edirlər. İctimai birliyin üzvləri Azərbaycan Mətbuat Şurasında olublar. Onlar əlamətdar gün münasibətilə nəzərdə tutduqları bayram hədiyyəsini MŞ sədri Əflatun Amaşova təqdim ediblər. Ə.Amaşov belə bir məxsusi və yaddaqalan aksiyanın təşkilinə və mətbuatın cəmiyyətdəki roluna verdikləri qiymətə görə ?İrəli?nin fəallarına təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. İctimai Birliyin təmsilçilərindən Ülkər İbrahimova, Nəzakət Əliyeva və Ayaz Salmanov çıxışlarında qurumun media ilə iş sahəsindəki fəaliyyətinin ayrı-ayrı məqamlarından söhbət açıblar. Qeyd edək ki, ?İrəli? İctimai Birliyi Milli Mətbuat Günü münasibətilə 60-a qədər tort sifariş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR