RATi rəhbəri Emin Hüseynli ona qarzı yönələn ittihamlara cavab verdi

img

21-07-2009 [08:58]


?Son illər qrant almaq yolunda böyük sıçrayışlar edən qurumlardan biri də Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutudur (RATİ). Repartyorların hüquqlarını qoruyan bu qurumda bir və ya iki nəfər tapmaq olar ki, ümumiyyətlə, media ilə bağlı anlayışı olsun. Üstəlik, heç birinin ali təhsili yoxdur. Qurumun rəhbəri Emin Hüseynli bura sadəcə, biznes mərkəzi kimi baxır. İşçilərə 400 avroya qol çəkdirib, 200 avro verirlər?. RATİ-yə ünvanlanan bu ittihamlar ?Azadlıq? qəzetində dərc olunan yazıda öz əksini tapıb. RATİ rəhbəri Emin Hüseynli Müstəqil İnformasiya Agentliyinə müsahibəsində ittihamları cavablandırıb: - Mən deyərdim ki, iddiaların hamısı absurddur. Yazılan yazı da qeyri-ciddidir. Əslində buna vaxt sərf edib münasibət bildirmək də istəmirəm. Yəni yazı müəllif yazısıdır, ortada heç bir fakt yoxdur. [b]- Ortada ciddi ittiham var ki, işçilərə 400 avro maaşa qol çəkdirilir, 200 avro verilir?[/b] - Bunlar boş şeylərdir, heç bir məntiqə də sığmır. İşçilər nə qədər maaşa qol çəkirlərsə, o qədər də pul alırlar. Mən bilən, Aynur xanım bizdə işləmir. Hərçənd, yazıda qeyd edir ki, treninqdə iştirak edib. Aynur Ərgünəşin mənimlə intriqası, şəxsi qərəzi var. Ona görə də onun bu ittihamlarına dözümlə yanaşıram. Bir də ki, Milli Mətbuat günü ərəfəsində belə yazılar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yəni QHT-lər həmişə ictimai nəzarətdə olmalıdırlar. Əgər bizdə kimin nə qədər əmək haqqı alması sizin üçün maraqlıdırsa, gəlib bizim mühasibatlıqda bunu öyrənə bilərsiniz. [b]- İttihamlar rəsmi əmək haqqı ilə bağlı deyil?[/b] - (Sözümüzü kəsərək) Aynur xanım bizdə müəyyən səbəblərə görə işləmədiyinə görə, çox şeydən xəbəri yoxdur. Ümumiyyətlə, mən bu diskussiyanı davam etdirmək istəmirəm. Çünki kişiyə yaraşmır ki, qadınla mübahisə eləsin. Amma onun mənimlə şəxsi problemləri var idi. Ona görə də belə bir məqalə yazıb. Heç bir fakta söykənmədən belə ağır ittihamları səsləndirmək isə küsmüş adamın reaksiyasına oxşayır. Belə reaksiyaya da əks reaksiya vermək fikrində deyiləm. O, jurnalistdir, yazmaq hüququ var. Amma elin gözün tərəzidir, biz nə iş görürüksə, hamı bilir. Əgər Aynur xanım peşəkar jurnalist olsaydı, yazını yazmazdan öncə mənim mövqeyimi öyrənərdi. Onda hesab edərdim ki, o, peşəkardır. Amma bu yazıdan göründüyü kimi, burada peşə etikasına uyğun olmayan məqamlar var. [b]- İddialardan biri də odur ki, işçilərlə qul kimi rəftar olunur, hüquqları pozulur?[/b] - Bizdə çox mehriban kollektiv var. Hər gün toplaşırıq, bir-birimizin ad gününü qeyd edirik. Elə dünən bir işçimizin xeyir işi idi, hamımız orada iştirak edirdik. Ola bilsin ki, aramızda vaxtiylə söz-söhbət olub, ona görə belə yazılıb. Amma onun xanım olmasına görə, bu ittiham dolu yazısını bağışlayıram. [b]- Bəlkə növbəti açıqlamalardan çəkinərək, belə bir mövqe tutursunuz? Çünki bunlar ciddi ittihamlardır, cavab verilməlidir. Qarşı tərəfin qadın, yaxud kişi olmasının elə bir əhəmiyyəti yoxdur?[/b] - Mən hesab edirəm ki, bunlar əsassız ittihamlardır. Əgər onun şübhəsi varsa, gəlsin, maliyyə sənədləri ilə tanış olsun. İşçilərdən bir-bir soruşsun ki, kim nə qədər maaş alır. Yəni peşəkar jurnalist kimi araşdırma aparmalıydı. Lakin həmin xanım peşəkarlıqdan danışır, amma özü ağır ittihalar səsləndirərək, qurdarlıqdan bəhs edir. Bizdə işçilər könüllü şəkildə işləyir, müqavilələr bağlanıb və heç bir qanun pozuntusu yoxdur. Aynur xanımdan bir ricam da var, yaxşı olar ki, o, digər jurnalist təşkilatları ilə bağlı da tənqidi məqalələr yazsın. Çünki nə qədər tənqid olsa, o qədər şəffaflıq yaranar.

Digər xəbərlər
SON XƏBƏRLƏR