Müstəqil informasiya Agentliyi Mətbuat Şurasına üzv qəbul olunub

img

21-07-2009 [06:24]


Bu gün Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin gündəliyini elan edib. İH üzvləri 4 məsələ ətrafında müzakirə aparılması razılığına gəliblər. Öncə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib. Müzakirələrdən sonra Sabirabadın ?Suqovuşan?, Qubanın ?Şəfəq?, Sumqayıtın ?Sumqayıt? qəzetləri, ?Bahar?, ?Hüquqi dövlət və qanun? curnalları, ?Kaspi? və Müstəqil İnformasiya Agentliyi, ?Qaya? Mətbuat Yayımları MŞ sıralarına qəbul olunublar. Sonra Şuranın Şikayətlər üzrə Komissiyasının rəyləri nəzərdən keçirilib. İdarə Heyəti 8 məsələ barədə çıxarılmış rəylərə əsasən müvafiq qərarlar qəbul edib. İclasda Azərbaycan Mətbuat Şurasının 2009-cu ilin birinci yarısında gördüyü işlərə dair hesabatı da geniş müzakirələr doğurub. Hesabat bir sıra əlavələr və düzəlişlərlə yekdilliklə qəbul olunub. Qərara alınıb ki, bu sənədin mətni ölkə KİV-lərində yayılsın və ayrıca müzakirəsi təşkil edilsin. İclasda bir neçə şikayət üzrə müzakirələr də təşkil olunub. ?Gündəm xəbər? qəzetində Mərkəzi Ordu İdman Klubu barədə gedən yazının müzakirəsi zamanı tərəflər dinlənilib. MŞ İdarə Heyətinin üzvlərindən ?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ?Paralel? qəzetinin baş redaktoru Tapdıq Abbas, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışlarında bildiriblər ki, məqalədə göstərilən məqamların fakt kimi özünü doğrultmaq ehtimalı yoxdur. Eyni zamanda qəzet də MŞ-yə məsələlərin doğruluğunu isbatlayacaq dəlil-sübutlar təqdim etməyib. Yazı ?Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları?nın bir sıra tələblərinə sayğısızlıqla qələmə alınıb. Qəzet qarşı tərəfin mövqeyini əks etdirən məktubun dərcinə hazır olduğunu bildirib. Şikayətçi tərəf bununla razılaşıb. MŞ İdarə Heyəti bunu məqbul saymaqla yanaşı belə qənəatə gəlib ki, istər bu məqalənin, istərsə də digər materialların təqdimatı ?Gündəm xəbər? qəzeti barədə ciddi ölçü götürülməsini zəruriləşdirir. İH nəşrə xəbərdarlıq olunması barədə qərar qəbul edib və onun yaxın aylarda çıxan saylarında peşə davranışı qaydalarının monitorinqinin aparılmasını məqsədəuyğun sayıb. Eyni qərarı Qazax Doğum Evi rəhbərliyinin ?Qərb xəbərləri? qəzeti barədə şikayəti araşdırılarkən də çıxarılıb. İclasda Mətbuat Şurasının ?Reket? jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatı əsasında adları Şuranın ?qara siyahı?sına əlavə olunacaq nəşrlər barədə də qərar qəbul edilib. Həmin siyahı yaxın günlərdə media və ictimaiyyət üçün açıqlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR