21-07-2009 [06:01]
Azərbaycan Mətbuat Şurasının 2009-cu ilin yanvar-iyun ayları ərzindəki fəaliyyəti 4 istiqaməti əhatə edib. Şura bununla bağlı hesabatını yayıb.
1.Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu;
2.?Reket? jurnalistikaya qarşı mübarizə;
3.Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı fəaliyyət;
4.Media ilə bağlı konfrans və ?dəyirmi masa?ların təşkili;
5.Media monitorinqi.
I. Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu
2009-cu ilin ilk yarısında Azərbaycan Mətbuat Şurasına ümumilikdə 247 müraciət daxil olub. Onlardan 81-i dövlət idarə, müəssisə və təşkilatlarından, 24-ü ictimai qurumlardan, 5-i siyasi partiyalardan, 13-ü yerli özünüidarəetmə orqanlarından, 35-i özəl müəssisələrdən, 89-u ayrı-ayrı vətəndaşlardan daxil olub.
Daxil olan şikayətlərin 23-ü MŞ-nin səlahiyyətinə aid olmadığından baxılmaq üçün müvafiq orqanlara göndərilib. Digər 224 müraciətin araşdırılması istiqamətində Şura Katibliyi tərəfindən müvafiq tədbirlər görülüb.
Şura Katibliyi 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 102 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2009-cu ilin ilk yarısında Şuraya daxil olan şikayətlərin 102-i komissiyalarda araşdırılıb. Bunlardan 55-i Şikayətlər üzrə Komissiyada, 36-ı ?Reket? jurnalistikaya qarşı mübarizə komissiyasında, 11-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 55 məsələdən 31-i bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 24 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
?Reket? jurnalistikaya qarşı mübarizə Komissiyasında 36 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub.
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında 11 şikayət araşdırılıb. Onlardan 7-i həllini tapıb. 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan araşdırmalar davam edir.
Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 24-dür.
İlin ilk yarısında Şikayətlər üzrə Komissiyanın 8, ?Reket? jurnalistikaya qarşı mübarizə Komissiyasının 5, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3, Şuranın İdarə Heyətinin 6 iclası keçirilib.
Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 3, hüquq və iqtisadiyyat komissiyalarının 4 iclası keçirilib.
2009-cu ilin ilk altı ayı ərzində Şikayətlər üzrə Komissiyanın, ?Reket? jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatları əsasında Mətbuat Şurasının İdarə Heyəti tərəfin 17 qərar qəbul edib. Şikayətlər üzrə Komissiyada 31 rəy, ?Reket? jurnalistikaya qarşı mübarizə Komissiyasında 5 ümumi rəy çıxarılaraq MŞ İdarə Heyətinə təqdim olunub.
2009-ci ilin ilk yarısında Mətbuat Şurasına daxil olan şikayətlərin şəhər və bölgələr üzrə təsnifatı aşağıdakı kimidir:
1. Bakı - 78
2. Gəncə - 11
3. Lənkəran - 9
4. Mingəçevir - 9
5. Salyan - 8
6. Laçın - 8
7. Göy göl - 8
8. Şirvan - 8
9. Şəki - 8
10. Hacıqabul - 7
11. Neftçala - 7
12. Ağcabədi - 7
13. İmişli - 7
14. Sabirabad - 7
15. Gədəbəy - 6
16. Quba - 6
17. Bərdə - 6
18. Lerik - 5
19. Masallı - 5
20. Samux - 4
21. Şəmkir - 4
22. Goranboy - 4
23. Göyçay - 3
24. Qazax - 3
25. Ağstafa - 3
26. Beyləqan - 2
27. Şamaxı - 2
28. Astara - 2
MŞ-yə daha 10 bölgənin hərəsindən bir şikayət göndərilib.
Barələrində qərarlar çıxarılan məsələlər
1. Salyan Neft Bazası ?Müasir Naxçıvan? və ?Müfəttiş? qəzetlərinə qarşı;
2. Bakı şəhər sakini Mərdan İman oğlu Əliyev ?Həqiqətlər və faktlar? qəzetinə qarşı;
3. Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov ?Nota? qəzetinə qarşı;
4. ?Azad yeni fikir? qəzeti ?Nota? qəzetinə qarşı;
5. Lənkəran Dövlət Humanitar Kolleci?Azadlıq? qəzetinə qarşı;
6. Mingəçevir ?Tikinti-1? MMC-nin rəisi Hikmət Heydərov ?Nota? qəzetinə qarşı;
7. Bakı şəhər 14 saylı poliklinika?Mühakimə? qəzetinə qarşı;
8. Bakı şəhəri 20 saylı məktəb-lisey ?Müasir Azərbaycan müəllimi? qəzetinə qarşı;
9. Bakı şəhəri 162 saylı orta məktəbin direktoru Ələkbər Əliyev ?Müasir Azərbaycan müəllimi? qəzetinə qarşı;
10. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ?Gündəlik Bakı? qəzetinə qarşı;
11. Bakı Şəhər Təhsil İdarəsi Sabunçu rayonu 170 saylı orta məktəb ?Pressinq? qəzetinə qarşı;
12. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ?İrəvan press? qəzetinə qarşı;
13. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ?Respublika gəncləri? qəzetinə qarşı;
14. Azərbaycan Dövlət Pedaqoji Kolleci ?İrəvan press? qəzetinə qarşı;
15. Beyləqan Rayon Polis Şöbəsi ?Son olay? qəzetinə qarşı;
16. Şair Zakir Fəxri ?Mühakimə? qəzetinə qarşı;
17. Millət vəkili Gülər Əhmədova ?Azadlıq? qəzetinə qarşı.
II. ?Reket? jurnalistikaya qarşı mübarizə
MŞ ?reket? jurnalistikaya qarşı mübarizəni iki istiqamətdə aparıb:
1. ?Reket? nəşrlərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və ?Reket? jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ilin birinci yarısı ərzində iki dəfə ?reket? nəşrlərin adlarını açıqlayıb. Fevralda 36, apreldə isə 19 nəşrin adı ?reket? elan olunub. Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın ?qara siyahı?sı tərtib olunub və həmin siyahıya MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən ?reket? elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı daxil edilib.
Mətbuatın ?qara siyahı?sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün ?reket? nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.
2. ?Reket? nəşrlərə qarşı ictimai qınağın fəallaşdırılması
Bu məqsədlə ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Həmin məktublarda bildirilib ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 24 aprel 2009-cu il tarixli iclasında Şuranın Katibliyinin və müvafiq komissiyalarının təqdimatı əsasında 71 kütləvi informasiya vasitəsinin ?reket? nəşr elan olunması və onların adlarının ?qara siyahı?ya salınaraq ictimaiyyətə açıqlanması barədə müvafiq qərar çıxarılıb. Bu qərarın qəbulu zamanı həmin KİV-lərin ?Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları?na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin mətbuatın ?qara siyahısı? da onlara göndərilərək KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyyə edilib.
Bu il Şuranın ?reket? jurnalistikaya qarşı mübarizə çərçivəsində həyata keçirdiyi növbəti tədbir fevralda ?Azərbaycan? Nəşriyatında düzənlənən iclas olub.
MŞ ötən yarım ildə ?reket? jurnalistikaya qarşı mübarizə çərçivəsində həmçinin əlaqədar dövlət qurumlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməyən KİV-lərlə bağlı da müraciətlər ünvanlayıb.
III. Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı fəaliyyət
Azərbaycan Mətbuat Şurasının bu istiqamətdəki fəaliyyəti hələ ötən ilin əvvəlindən başlayıb. Məsələ öncə Şuranın hazırladığı Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası layihəsində əksini tapıb. Həmin sənəd ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyyə olunub. Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
IV. Media ilə bağlı konfrans və ?dəyirmi masa?ların təşkili
Şuranın bu istiqaəmtdəki fəaliyyəti aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Tədbirlər, görüşlər
2. Görkəmli jurnalistlərin anımı mərasimləri
3. Konkret hadisə və proseslərə reaksiyalar
1. Birinci istiqamət üzrə ilk tədbir fevralda türkiyəli jurnalistlərin bir qrupu ilə Mətbuat Şurasında baş tutan görüşü vurğulamaq mümkündür. Qeyd edək ki, türk media təmsilçilərinin ölkəmizə səfərlərindən məqsəd Xocalı faciəsinin 17-ci ildönümünün Türkiyə ictimaiyyətinə daha yaxından çatdırmaq olub. ?Xəbər 7? telekanalının baş redaktoru Ünal Tanılının, ?Zaman? qəzetinin yazarı Fikri Türkelin, ?Bu gün? qəzetinin köşə yazarı Nuh Könültaşın, ?Aksiyon? həftəlik dərgisinin əməkdaşı Tuncer Çetinkayanın və digər media təmsilçilərinin iştirak etdikləri görüşdə qonaqlara Mətbuat Şurasının fəaliyyəti, iş prinsipləri barədə də məlumat verilib.
MŞ fevralın 20-də cəmiyyətin informasiya tələbatını öyrənmək məqsədilə həyata keçirdiyi sorğusunun nəticələrini açıqlayıb. Əhalinin müxtəlif təbəqələri arasında keçirilən sorğuda 1000 respondentin fikri öyrənilib. Müsahibəli səciyyə daşıyan sorğuda respondentlərə verilən suallar bir neçə istiqaməti əhatə edib.
Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib. Tədbirdə Türkiyə tərəfdən Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu, ?Yeni Şəfəq? qəzetinin müxbiri Murat Palavar, həmin qəzetin yazarı İbrahim Qaragül, ?Radikal? qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan və digər nümayəndələr iştirak ediblər. Toplantıya ölkəmizin nüfuzlu media təmsilçiləri də qatılıblar.
Həmin gün Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə görüş keçirilib. Səfərdən məqsəd BMİ-nin dünya konqresinin və 59-cu Baş Assambleyasının Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olub. Görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb.
MŞ sədri iyunun 9-10-da Strasburqda Avropa Şurasının Cənubi Qafqaz mediası ilə bağlı tədbirinə qatılıb. Toplantıdan məqsəd Avropa Şurasının son 2 ildə region mediası ilə əlaqədar həyata keçirdiyi işlərə yekun vurmaq, qarşıdakı 3 il üçün fəaliyyət strategiyasını müəyyənləşdirmək olub. Toplantıda Avropa Şurası ölkələrində fikrin azad və sərbəst ifadə olunması sahəsində qanunvericilik, onun tətbiqi yolları, jurnalist peşəkarlığının artırılması üsulları, jurnalistika təhsilinin müasir forma və metodları, etik normalara riayət edilməsi mövzularında diskussiyalar aparılıb. Tədbirdə jurnalist təhsilinin Avropa standartlarına, dünya təhsil sisteminin qaydalarına uyğunlaşdırılması ətrafında da söhbət açılıb.
2. Mətbuat Şurası 2009-cu ildə ?Görkəmli jurnalistlərin anımı? silsiləsindən tədbirlərə başlayıb. Bu məqsədlə Şurada Məmməd Nazimoğlu, Sona Bağırova və Nəriman Zeynalovun xatirə mərasimləri təşkil olunub. Tədbirlərdə jurnalistlərin həyat və yaradıcılıq yoluna nəzər salınıb, onların irsinin öyrənilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib.
3. Azərbaycan Mətbuat Şurası yanvarda Rusiyanın Ermənistana silah satması faktı ilə bağlı Rusiya KİV-lərinə müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi qeyd edilib, belə bir ölkənin silah-sursatla təchizatının sülh prosesinə mənfi təsir göstərdiyi vurğulanıb və Rusiyanın media vasitələrindən məsələni diqqətdə saxlamaq xahiş olunub.
Mayın 20-də ?Medianın ekstremal şəraitdə iş xüsusiyyətləri? mövzusunda ?dəyirmi masa? keçirilib. Tədbirdə Şuranın ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı gedən materialların monitorinqi əsasında hazırlanmış hesabat açıqlanıb. Kütləvi informasiya vasitələri təmsilçilərinin, media ekspertləri və mütəxəssislərinin iştirakı ilə baş tutan toplantıda sənəddə əksini tapan məsələlər ətrafında diskussiyalar aparılıb. Tədbirdə həmçinin medinın ekstremal şəraitdəki iş xüsusiyyətlərinə dair təkliflər hazırlanıb.
V. Media monitorinqi
Mətbuat Şurası bu ilin fevralından başlayaraq ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə ?Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi? layihəsi çərçivəsində ölkənin 60-dək aparıcı media vasitəsində monitorinq keçirir. Monitorinqin gedişində peşə prisniplərinin pozulmasına yol verən KİV-lərin rəhbərləri ilə görüşlər keçirilib. Həmçinin aylar üzrə monitorinqin nəticələri ictimaiyyətə açıqlanıb. Layihə çərçivəsində ?Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi? adlı bülleten hazırlanıb. Bülleten 45 səhifədən ibarətdir və sənəddə xüsusi vurğulanmalı cəhət orada monitorinqin üç aylıq müqayisəli hesabatının yer almasıdır.
Bundan başqa Şura ölkənin aparıcı KİV-lərində bu il aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edən xüsusi monitorinq keçirib. Monitorinqdən məqsəd aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin mediada işıqlandırılması səviyyəsinə aydınlıq gətirmək, peşəkarlıq xüsusiyyətlərini dəyərləndirmək olub. Şuranın mayın 20-də baş tutan tədbirində məsələ ətrafında KİV təmsilçiləri ilə birgə müzakirələr aparılıb.