irəvan Teatrı mövsümü Mingəçevirdə bağlayacaq

img

21-07-2009 [04:49]


İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümü Mingəçevir şəhərində bağlayacaq. Teatrın direktoru İftixar Piriyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, teatrın sözügedən bölgəyə səfəri iyulun 23-də baş tutacaq. ?Bütün teatrların məzuniyyətdə olmasına baxmayaraq, İrəvan Teatrının kollektivi hələ də iş başındadır. Xeyli zamandır ki, bölgələrdəyik. Teatrın bu səfərdə məqsədi vardı; Ulu öndər Heydər Əliyevin hakimiyətə gəlməsinin 40 illiyi ilə əlaqədar rəhbərlik etdiyim teatr məxsusi bir əsərə - Aqşin Babayevin ?Xalaskar? tamaşasına quruluş verdik. İndii həmin əsərlə son səfər Mingəçevir şəhərinə olacaq. Orada bu tamaşanı oynayıb mövsümü bağlayacayıq?. Direktorun sözlərinə görə, kollektiv avqüstün sonlarında iş başına qayıdacaq. Onun fikrincə, teatr hazırda bir neçə layihə üzərində işləyir: ?İnşallah, gələn mövsümdə teatrsevərləri yeni sürpizlər gözləyir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA