"Jurnalist" Mənzil Tikinti Kooperativi Prezident ilham Əliyevə müraciət edib

img

20-07-2009 [06:28]


Müxtəlif kütləvi informasiya vasitələrində calışan jurnalistlərin mənzil problemlərini həll etmək ücün yaradılmış ?Jurnalist? Mənzil-Tikinti kooperativinin üzvləri Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevə müraciət ediblər. Qurumun rəhbəri Elşad Eyvazlının verdiyi məlumata görə, evsiz jurnalistlər Qaradağ rayonu ərazisində olan boş torpaq sahələrindən kooperativ üçün ayrılmasını prezidentdən xahiş edirlər. Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, KİV sahəsində islahatlar gedişi, ayrı-ayrı KİV-lərə dövlət başçısının birbaşa mütəmadi yardımları kooperativ üzvlərində problemin həll ediləcəyi inamı yaradır. Jurnalistlər əmindirlər ki, Milli Mətbuat Günü ərəfəsində onların müraciəti diqqətdən kənarda qalmayacaq. Qeyd edək ki, koppreativ 2005-ci ildə Milli Məclisdə akkredetasiyadan kecmiş jurnalistlər tərəfindən yaradılıb. Sonradan qurumun tərkibi mənzil problemləri olan digər jurnalistlərin üzvlüyü sahəsində xeyli genişlənib. Hazırda kooperativin aparıcı KİV-lərdə calışan 60-a yaxın üzvü var. Kooperativin qaldırdığı problemin həll olunması üçün jurnalistlərə Milli Məclisin deputatları ölkənin əksər jurnalist təşkilatları, media rəhbərləri dəstək nümayiş etdiriblər. Buna baxmayaraq Bakı şəhərində topraq catışmazlığı əsas gətirilib və indiyədək problem acıq qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR