Ağaxan Abdullayev Qubaya gedib

img

20-07-2009 [04:34]


Xalq artisti, tanınmış muğam ifaçısı Ağaxan Abdullayev neçə vaxtdır Bakını tərk edib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən sənətkar bunu istirahətlə əlaqələndirdi:?Hazırda Qubada istirahət edirəm. Ailəm də yanımdadır. Avqusta ayına kimi buradayıq. Açığı, istirahət etməyimə baxmayaraq, yaradıcılığımı da yadımdan çıxarmıram. Səfərlər var. Amma qabaqcadan danışmaq mənə uğur gətirmir. Odur ki, bu səfərlər barəsində sentyabrda məlumat verəcəyəm?. Qeyd edək ki, A.Abdullayevin pərəstişkarlarına bir konsert borcu var. Özüdə bu layihədə ona xalq artisti Brilliant Dadaşova dəstək verməlidir. Xanəndənin sözlərinə görə, həmin layihə öz effektini hələ də itirməyib. Sadəcə olaraq, konserti həyata keçirmək üçün maliyyə dəstəyi yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA