AzTV-nin ?Xəbərlər? informasiya Studiyasının direktoru sədr müavini oldu

img

20-07-2009 [03:15]


AzTV-nin ?Xəbərlər? İnformasiya Studiyasının direktoru Faiq Hüsiyev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin olunub. Məlumat ?Media forum? saytına cəmiyyətin mətbuat xidmətindən verilib. Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımın bildirdiyinə görə, F.Hüsiyev sədrin televiziya üzrə müavini vəzifəsini icra edəcək. F.Hüsiyev ?Xəbərlər? İnformasiya Studiyasına 2007-ci ilin aprel ayında direktor təyin edilmişdi. Yeni təyinatla əlaqədar o artıq bu vəzifədən azad olunub. X.Qasımın sözlərinə görə, ?Xəbərlər? studiyasına yeni direktor yaxın vaxtda təyin ediləcək. Ötən həftə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub: cəmiyyət sədrinin radio üzrə müavini, yazıçı Mövlud Süleymanlı vəzifəsindən azad edilib, bu posta son 20 ildə AzTV-də müxtəlif redaksiyalara baş redaktorluq etmiş Cavanşir Cahangirov təyin olunub. X.Qasım ?Media forum?a bildirib ki, M.Süleymanlı təntənəli surətdə təqaüdə göndərilib: ?İndiyədək Mövlud müəllim bir neçə dəfə işdən azad olunmaqla bağlı müraciət etmişdi. Amma həmin müraciətlər hər dəfə baxılmamış qalmışdı. Ötən həftə isə müraciət təmin olundu və radio üzrə sədr müavini vəzifəsinə Cavanşir Cahangirov təyin edildi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR