Fərhad Vəliyev: ?Rusenborq? elə düzünürdü ki, bizi 3:0, 4:0 məğlub edəcək?

img

20-07-2009 [01:45]


?Ola bilsin ?Rusenborq? ilk oyuna saymazyana yanaşdı və elə düşünürdü ki, bizi 3:0, 4:0 hesabı ilə məğlub edəcəklər. Amma oyundan sonra gördülər ki, qarşısındakı da zəif komanda deyil?. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində ?Qarabağ?ın və Azərbaycan milli komandasının qapıçısı Fərhad Vəliyev deyib. Vəliyev Avropa Liqasının ikinci təsnifat mərhələsinin təkrar matçı çərçivəsində ayın 23-də ?Rusenborq?a qarşı keçirəcəkləri oyun haqqında da danışdı. Fərhad onları ağır və məsuliyyətli oyun gözlədiyini bildirdi: ?Ayın 23-ü Ağdamın işğalı günüdür. Bu bizə əlavə qələbə ruhu verir. İnanıram ki, azarkeşlərimizin güclü dəstəyi nəticəsində mərhələni keçə biləcəyik. Amma etiraf edim ki, bizi çox ağır oyun gözləyir. ?Rusenborq? bu dəfə oyuna tam ciddi və məsuliyyətlə yanaşacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA