Jurnalistlər bayramlarını qeyd etməyə hazırlazır

img

19-07-2009 [07:35]


[b]Prezident mətbuatla bağlı müsbət qərarlar versə də, qələm əhli ilə bəzi məmurlar arasındakı problemlər hələ də qalmaqdadır [/b] 22 iyul-Milli Mətbuat günüdür. Üç gün sonra çoxminli jurnalist ordusu özünün peşə bayramını qeyd edəcək. Jurnalistlərin həbsi, müstəqil mətbuata qarşı təzyiqlərin artması isə bayram əhval-ruhiyyəsinə mənfi təsir göstərib. Buna baxmayaraq, juranlistlər özlərinin peşə bayramını qeyd etməyə hazırlaşırlar. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bizimlə söhbəti zamanı bayram ərəfəsində müsbət hadisələri xatırlamağı vacib saydı. Onun sözlərinə görə, ötən il mətubatımızın inkişafı istiqamətində müsbət addımlar atılıb: "Bu yaxınlarda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bunu mətbuat tarixmizdə mühüm hadisə kimi qiymətləndirmək lazımdır. Bununla yanaşı, ölkə prezidenti jurnalistikamızın inkişafı ilə bağlı bir sıra fərmanlar imzalayıb. Amma mətbuatımızın tənəzzülə doğru yuvarlandığı da acı bir həqiqətdir. Liberal iqtisadiyyatın formalaşmaması mətbutamızın inkişafına mane olur. Bu sahədə ciddi monopoliyalar var. Çox istərdik ki, mətbuatımız inkişaf etsin və reklam ala bilsin. Çox təəssüf ki, bu il də reklam bazarında dönüş yaratmağa nail ola bilmədik. Ancaq ümid edirik ki, gələcəkdə Azərbaycan mətubatının problemləri həll ediləcək və dünya mətbuatı ilə ayaqlaşa biləcəyik. Bir neçə jurnalistin hələ də həbsdə olması bizi ciddi şəkildə narahat edir. Jurnalistlərimizin peşəkarlıq səviyyəsi ilə bağlı problemlər də qalmaqdadır. Azərbaycanlı media təmsilçisinin peşəkar jurnalist kimi yetişməsi üçün stimul azdır". DJL sədri hakimiyyət-mətbut münasibətinin normal olduğunu da dedi: "KİV-in inkişafı üçün dövlət büdcəsindən 1 milyon 300 min manat vəsait ayrılıb. Gələn il bu vəsatin artırılacağı gözlənilir. Amma jurnalistlərlə məmurlar arasında hələ də ciddi problemlər var. Jurnalist öz peşə borcunu yerinə yetirərkən hüquq-mühaifə orqanlarının təzyiqlərinə məruz qalır. Düzdür, belə neqativ hallara bütün dövlətlərdə rast gəlmək mümkündür. Lakin Azərbaycanda vəziyyət daha acınacaqlıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR