Ceyhun Musaoğlu:"Biz Qarabağa özbazına getmirik"

img

19-07-2009 [07:32]


[b]"Çox istərdik ki, Dağlıq Qarabağa səfərə hazırlaşan azərbaycanlı jurnalistlərə Əflatun Amaşov rəhbərlik etsin"[/b] Bir qrup jurnalistin Dağlıq Qarabağa getmək üçün ölkə başçısına müraciət etməsi müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Bəzi qəzetlərin baş redaktorları öz əməkdaşlarının səfərinə icazə verməyəcəklərini bildiriblər. "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbasın reaksiyası isə daha sərt olub. Aqil Abbas qəzetin şöbə müdiri Ceyhun Musaoğlunu Dağlıq Qarabağa gedəcəyi təqdirdə, işdən azad edəcəyi ilə hədələyib. Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu isə "Reytinq"in əməkdaşı ilə söhbətində azərbaycanlı media təmsilçilərinin Dağlıq Qarabağa planlaşdırılan səfəri ətrafında yaranan ajiotajın onlar üçün gözlənilməz olmadığını deyib: "Həmkarım ?icat Dağlar da, mən də belə bir fikrə düşəndə bilirdik ki, jurnalistlərin Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağdan reportaj hazırlamaq istəyi birmənalı qarşılanmayacaq. Öz torpağına gedən insanı hansısa maraqlara xidmət edən xəyanətkar şəxs kimi təqdim etmək təəssüf ki, yalnız bizim cəmiyyətə xasdır. Biz - Dağlıq Qarabağdan reportaj hazırlamaq istəyən jurnalistlər məqsədimizi aydın göstərən kifayət qədər məntiqli arqumentlər səsləndirmişik. Amma bu ideyanın əleyhinə çıxanların yazılarına, açıqlamalarına baxıram, bir dənə də olsun əsaslandırılmış ifadə tapa bilmirəm. Biz Qarabağa özbaşına getmirik. Bizi Qarabağa beynəlxalq təşkilatlar aparmır, biz hansısa donor təşkilatının qrant layihəsinin iştirakçısı qismində ortaya atılmamışıq. Biz Yasamaldan, Binəqədidən, Abşerondan reportajlar hazırlayıb əhalinin vəziyyətini ictimaiyyətin nəzərinə çatdırdığımız kimi, Xankəndindən, Şuşadan da eyni yazılar yazmaq istəyirik. Oralarda yaşayan və erməni hakimiyyətinin zülmü altında əzilən Azərbaycan vətəndaşlarının həyat tərzini gündəmə gətirmək istəyirik. Kim deyə bilər ki, bizim buna haqqımız yoxdur". C.Musaoğlu "Ədalət" qəzetinin təsisçisi Aqil Abbasın mövqeyini təəccüblə qarşılamadığını bildirib: "Aqil Abbas təsisçi olduğu üçün "Ədalət" qəzetində çalışan hər hansı əməkdaşı işdən çıxarmaqda sərbəstdir. Ceyhun Musaoğlu da Aqil müəllim üçün yüzlərlə jurnalistdən biridir. Necə ki, Azərbaycanın ən yaxşı jurnalistlərinin əksəriyyəti "Ədalət"dən gəlib keçib. Olmasın bir Musaoğlu. Bəli, Aqil Abbas, Akif Aşırlı, Azər Əhmədov Qarabağa səfərlərin əleyhinədir. Aydın Quliyev, Xoşqədəm Hidayətqızı, Sevinc Hüseynova isə lehinə. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti yavaş-yavaş iki rəngli - ağ və qara olmaqdan qurtarır. Bu o deməkdir ki, insanlar müstəqil düşünməyə başlayır. Bu o deməkdir ki, hər kəsin sərbəst ifadə azadlığı formalaşır. Bu o deməkdir ki, Avropa Azərbaycandakı demokratik prosesin daha da sürətləndiyini etiraf etmək məcburiyytində qalacaq. Axı, hansısa jurnalisti işdən çıxarmaqla qorxutmaq nə deməkdir... Əgər sən babat jurnalistsənsə, yazılarına qəzetlərdə həmişə ehtiyac var. Birdə ki, Aqil müəllim Ceyhunu işdən çıxarır-çıxarsın, kimdi gedən. Özümə güc-bəla ilə qərəzsiz, obyektiv vicdanlı mətbu orqan tapmışam. Beş-on manat qonorarımı alıram, beş-on kişi hörmətimi saxlayır. Mən özümü müstəqil jurnalist hesab edirəm, özbaşına yox. Biz Qarabağa getmək arzumuzu Azərbaycanın prezidentinə, xarici işlər nazirinə müraciətlə çatdırmışıq. Hələ ki, cavab yoxdur. Biz Mətbuat Şurasının, qəzetlərin, xəbər agentliklərinin rəhbərləri, millət vəkilləri ilə görüşüb düşdüyümüz fikrin nə qədər ziyanlı və xeyirli olduğunu onlardan öyrənməyə çalışacağıq. Çoxluğun rəyini nəzərə alacağıq. Çox istərdik ki, Qarabağa səfər edəcək jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etsin. Yaxın günlərdə bu təkliflə çıxış edəcəyik". Sonda JEM sədri deyib ki, onları dəstəkləyən media təmsilçilərinin sayı hər gün artır: "SNN-Türk kanalının Bakıdakı təmsilçisi Türkiyədəki rəhbərlikdən komandamıza qoşulmaq üçün icazə alıb. Artıq Qarabağa getmək istəyən jurnalistlərin hərakatı yaranır. Bu prosesin qarşısını yalnız Azərbaycan hökuməti ala bilər. Eyni zamanda, bu prosesin uğurla nəticələnməsinə yalnız Azərbaycan hökuməti dəstək verə bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR