Müğənni Xatirə qarpızdan zəhərlənib

img

19-07-2009 [06:25]


Bu həftə müğənni Xatirə İslam üçün düşərli olmadı. Həftə öncəsi sənətçinin "Range Rower" markalı avtomobilinin yandırıldığı bildirildi. Srağagün isə müğənninin zəhərlənməsi haqda eşitdik. Məlumatı dəqiqləşdirmək üçün Xatirə xanımla əlaqə saxladıq. Müğənni baş verənlərin həqiqət olduğunu bir daha təsdiqlədi: "Bəli, maşınımın üzərinə benzin tökərək yandırıblar. Bəziləri buna inanmadılar. Elə bil maşına görə qara geyinib yas saxlamalıydım. Polisə müraciət olunub. Günahkar cəzalandırılacaq, mənə dəyən zərər də artıqlaması ilə ödəniləcək". Müğənni deyib ki, zəhərlənməsi haqda yayılan xəbərlər də doğrudur: "Dünən qarpız yeyəndən sonra halım pisləşdi. Amma həkim çağırmağa ehtiyac olmadı. Yediyimin hamısını qaytarandan sonra, vəziyyətim yaxşılaşdı".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA