Hadisənin Bakı səfərində böyük qalmaqal

img

19-07-2009 [02:02]


[b]Azərbaycana konsert verməyə gələn türk müğənnisinə azərbaycanlı nazirlərdən birinin oğlu əxlaqsız təkliflər edib[/b] "Eurovision-2009"da Türkiyəni təmsil edən gənc müğənni Hadisə Açıqgözün Bakıdakı konserti qalmaqalla nəticələnib. "Yaşıl Teatr" Konsert Kompleksində "Eurovision həyəcanı Bakıda" adlı konsertdən əvvəl baş verən hadisələrin günahkarının azərbaycanlı nazirlərdən birinin oğlu olduğu bildirilir. Qeyd edək ki, saat 20:00-a planlaşdırılan konsert saat 21:40-də başlamışdı. Müğənninin konsertə gecikməsini Azərbaycan xalqına qarşı təhqir kimi qiymətləndirənlər də olmuşdu. Dünən Türkiyənin internet saytlarında yer alan xəbərlərdən də belə anlaşılır ki, Hadisənin konsertə gecikməsinə səbəb azərbaycanlı nazirlərdən birinin oğludur. www.haber34.net saytında verilən məlumata görə, azərbaycanlı nazirin oğlu Hadisəyə əxlaqsız təkliflər edib: "Hadisənin Azərbaycandakı konsertində böyük bir skandal yaşanıb. Bakıya konsert verməyə gedən gözəl müğənni əxlaqsız bir təkliflə qarşılaşıb. Hadisə Bakıda qalacağı otelə çatanda azərbaycanlı nazir oğulu "Bura konsertə deyil, mənimlə baş-başa yemək yeməyə gəldin. Səni gözləyirəm",- deyərək, ona xəbər göndərib. Hadisə bu xəbəri eşidərək dəli olacaq dərəcədə əsəbləşib və özünü otel otağına kilidləyib". Saytın xəbərində bildirilir ki, Hadisənin qəzəbləndiyini görən nazirin həyasız oğlu güzəştə gedərək "Yeməyə Hadisənin yanındakılarda gəlsin. Amma Hadisə mənim yanımda oturacaq",- deyə mesaj göndərib. Nazir oğlu israrından əl çəkməyərək Hadisə ilə görüşmək istəyib: "Hadisə Türkiyə səfirliyinə müraciət edəcəyini söyləyincə, nazir oğlu israrından əl çəkib. Amma onun belə daranışı təsirsiz ötüşməyib. Nəticədə Hadisə konsertə əhvalı xarab gedib". Bu xəbərdən də aydın olur ki, Hadisənin konsertinin sönük keçməsinə səbəb nədir. Lakin türk saytları həmin nazir oğlunun adının yazmır. Məlumat üçün qeyd edək ki, Hadisənin Bakıdakı konsertinin sponsoru "Bank of Azerbayjan" idi. Bu Bankın isə nəqliyyat naziri Ziya Məmmədova yaxın olduğu güman edilir. Həmçinin Ziya Məmmədovun oğlu Anar Məmmədovun indiyə kimi bir neçə konsertin təşkilində rol aldığı da məlumdur. Lakin Hadisəni qəzəbləndirən nazir oğlunun məhz Anar olduğunu iddia etmək hələlik tezdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA