Azərbaycan Mətbuat Şurasının sədri iran Səfirliyinin üçüncü katibi ilə görüzüb

img

18-07-2009 [12:16]


Mətbuat Şurasının sədri Əflatun Amaşov İranın Azərbaycandakı Səfirliyinin üçüncü katibi Abbas Eskəndəri ilə görüşüb. Görüşdə hər iki ölkə mediasının hazırkı durumu ətrafında fikir mübadilələri aparılıb. Ə.Amaşov iranlı diplomata ölkədə söz və mətbuat azadlığının mövcud durumu ilə bağlı məlumat verərək bildirib ki, son illər mediaya dövlət qayğısını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi ölkənin ictimai həyatında əlamətdar olaylardan biri kimi dəyərləndirilir. Diplomat İranla bağlı hadisələrin Azərbaycan mediasında işıqlandırılmasının müxtəlif istiqamətləri barədə söhbət açıb. Hər iki tərəf İran və Azərbaycan xalqlarının bir-birinə daha da yaxınlaşmasında medianın önəmli rol oynadığını vurğulayıblar. Görüşdə Azərbaycanlı jurnalistlərin İrana səfəri barədə də fikir mübadilələri aparılıb. A.Eskəndəri bunun reallaşması üçün Səfirliyin üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirib. O, istər Azərbaycan jurnalistlərinin İrana, istərsə də İran jurnalistlərinin Azərbaycana səfərlərinin təşkilinin hər iki ölkədə əhəmiyyətli hadisə ola biləcəyini önə çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR