Mədəniyyət nümayəndələri Milli Mətbuat Günü təntənəli zəkildə qeyd edəcək

img

17-07-2009 [09:20]


İyulun 21-də yeni fəaliyyətə başlamış ?Qala? prodüser mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibəti ilə fəal jurnalistlər təltif ediləcəklər. Bu barədə MİA-ya ?Qala?nın vitse-prezidenti Zümrüd Güləliqızı şəxsən məlumat verdi. Onun sözlərinə görə, 8-ci km qəsəbəsində yerləşən ?Leyli və Məcnun? şədlıq evində keçiriləcək tədbirə yüksək səviyyədə hazırlıq işləri gedir. ?Krem 21? şirkətinin və ?Kapsella? tül mərkəzinin dəstəyi ilə keçiriləcək tədbirdə nominantlara diplomlarla yanaşı hədiyyələr də təqdim olunacaq. Tədbirdə millət vəkilləri - Zeynəb Xanlarova, Qənirə Paşayeva, Gülər Əhmədova, o cümlədən ölkənin birinci ledisi Mehriban Əliyevanın iştirakı də nəzərdə tutulub. Mükafatlandırma mərasimi zamanı ölkənin ən tanınmış müğənnilərinin ? xalq artisti Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Aygün Kazımova, Xatirə, Aslan, Elton və başqalarının çıxışı da gözlənilir. Qeyd edək ki, iyulun 22-də Milli Mətbuat Gününün ?Mətbuat firması? və tanınmış aparıcı-prodüser Sədaqət Rəşidqızının təşəbbüsü ilə də ayrıca olaraq ?Royal klub?da qeyd olunması planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA