Azərbaycan dövlət radiosunun rəhbəri Mövlud Süleymanlını Cavanzir Cahangirov əvəz etdi

img

17-07-2009 [08:34]


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti sədrinin radio üzrə müavini, yazıçı Mövlud Süleymanlı vəzifəsindən azad olunub. Cəmiyyətin radio üzrə sədr müavini vəzifəsinə Cavanşir Cahangirov təyin edilib. ?Media forum? saytının xəbərinə görə, 66 yaşlı M.Süleymanlı təqaüdə göndərilib. O, Dövlət Radiosuna 1992-ci ildən rəhbərlik edirdi. C.Cahangirov 1955-ci ildə Bakıda anadan olub. 1982-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən AzTV-də çalışır. 1989-cu ildən müxtəlif redaksiyaların baş redaktoru olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR