Jurnalist Arazdırmaları Mərkəzi yeni təkliflər hazırlayıb

img

17-07-2009 [02:42]


?Araşdırma jurnalistikasını inkişaf etdirmək üçün bir sıra mühüm təkliflər hazırlamışıq. Bu təklifləri layihə halına salıb gələn həftə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edəcəyik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə deyib. JAM sədri bildirib ki, ölkə mətbuatında tədqiqat yazılarının azlıq təşkil etməsi onları ciddi şəkildə narahat edir: ?Təəssüf ki, bu gün Azərbaycanda araşdırma jurnalistikası zəif inkişaf edib. Mətbuatda hərtərəfli araşdırılmış, obyektiv, balanslı yazılara nadir hallarda rast gəlmək mümkündür. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Əsas səbəb isə yazdıqları yazıların müqabilində jurnalistəlrin cüzi qonorar almasıdır. Hesab edirəm ki, dolğun araşdırılmış bir təhqiqat meterialı üçün jurnalist ən azı 200-250 manat qonorar almalıdır?. Seymur Verdizadə deyib ki, JAM-ın KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edəcəyi layihə Azərbaycanda araşdırma jurnalistikasının inkişafına təkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR