Nurlan Növrəslini Rusiyada keçirilən müsabiqədə erməni qızı ilə cütləzdiriblər

img

16-07-2009 [08:27]


Müğənni Nurlan Növrəslinin Rusiyanın Novorosiysk şəhərində keçirilən ?Morskoy uzel? Gənc ifaçıların 7-ci beynəlxalq müsabiqəsinə qatılması barədə xəbər vermişdik. Müsabiqədən geri dönən N.Növrəsli onun yekunları barədə mətbuata açıqlama verdi: ?Müsabiqədə çox yaxşı qarşılandım. Münsiflər heyəti üzvlərinin ikisinin erməni olmasına baxmayaraq, 2-ci yerə sahib ola bildim. Birinci yerə çıxmağıma məhz onlar mane oldular. Amma mənim finalda ifa etdiyim sözləri Ziya Fazilə, musiqisi Şahin Növrəsliyə məxsus ?Çernoye more? mahnısı hamının çox xoşuna gəldi. Bu müsabiqədə iştirakımı təşkil edən ?Buta? mədəniyyət mərkəzinə təşəkkürümü bildirirəm?. Qeyd edək ki, müsabiqədə 1-ci yerə İsraili təmsil edən müğənni layiq görülüb. 2-ci yeri isə Nurlanla bərabər erməni əsilli xanım müğənni Marianna Oqanesiyan bölüşüb. Maraqlıdır ki, münsiflər Nurlana öz mahnısının sözlərinə ?Bakıda hər şey yaxşıdır, bəs sizdə Yerevanda necə? misralarını əlavə etməyi tövsiyə ediblər. Lakin Nurlan bu təklifdən qəti şəkildə imtina edib. Bütün bunlara baxmayaraq, Nurlan müsabiqədə iştirakından razı qaldığını deyir. Xatırladaq ki, bu gün Nurlan Növrəslinin doğum günüdür. Müğənni 25 yaşını qeyd edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA