Müğənni Aslan Hüseynov yeni diskinin təqdimatında qalmaqaldan yayındı

img

16-07-2009 [08:25]


Bu gün müğənni Aslan Hüseynov jurnalistləri və sənət dostlarını ?Qurd qapısı? restoranına toplayaraq onlara yeni diskini təqdim etdi. ?Nurlu sabah? studiyasında işıq üzü görən ?Görməsəm olmaz? adlı yeni alboma 17 mahnı daxil edilib. Onlar arasında yer alan ?Reyhan?, ?İgidlər?, ?Bulaq suyu, dağ havası?, ?Of dədə? mahnıları dinləyicilərə yetərincə tanışdır. Alboma Aslanın xalq artisti Flora Kərimova ilə oxuduğu ?Biz ikimiz? dueti də daxil edilib. Maraqlıdır ki, diskdə heç bir mahnının müəllifinin adı qeyd olunmayıb. Tədbirdə Flora Kərimova, Niyaməddin Musayev, Oqtay Kazımi, Zemfira Əlişqızı kimi samballı qonaqların iştirak etməsinə baxmayaraq, bəzi jurnalistlər qalmaqal yaratmağa cəhd göstərdilər. Onunla müğənni Ziyafət Yaqubova arasında yaşanan müştərək klip problemi mövzusuna toxunuldu. Aslan isə bir daha Ziyafətin özünü düzgün apara bilməməsini söylədi və sonuncunun onunla prodüser, menecer, dərzi, qabyuyan və başqaları vasitəsilə əlaqə yaratmasından əsəbiləşdiyni bildirdi. Aslan bunu da bildirdi ki, qadın olduğu üçün iki dəfə Ziyafət Yaqubovaya barışıq əli uzadıb, lakin xanım həmkarı onun centlmenliyini vecinə almayıb. Tədbirdə Aslanın Hollandiyaya qastrol səfəri zamanı Natəvan Həbibi ilə də üz-göz olduğu deyilsə də, müğənni bu haqda danışmaq istəmədiyini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA