Bəstəkar Faiq Sücəddinov yaradıcılığına ara verib

img

16-07-2009 [04:00]


Xalq artisti, bəstəkar Faiq Sücəddinov yaradıcılığına ara vermək məcburiyyətində qalıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən bəstəkar bunun səbəbini hava şəratinin onun səhhətinə təsiri ilə əlaqələndirdi. ?İstidə işləmək olmur. Açığını deyim ki, bu istilər səhhətimə pis təsir edir. Mahnı isə elə bir janrdır ki, onun nazı ilə oynamalısan. Üstəlik operettalar da ki həddən artıq vaxt tələb edən bir janrdı. Odur ki, oktyabra kimi yaradıcılığa ara vermək məcburiyyətindəyəm?. Bəstəkarın sözlərinə görə, dincəlmək üçün o, dostu, nəğməkar şair Baba Vəziroğlunun vətəninə-İsmayıllıya üz tutur. Onun fikrincə bu məsələdə nəğməkar-şairin evi onların imdadına çatır: ?sağ olsur, Baba Vəziroğlunu. Hərdən məni də İsmayılllıdakı bağ evinə dəvət edir. Evin çox gözəl görnüşü və mənzərəsi var. Orada adama yaradıcılıq ruhu gəlir. Təəssüfılər olsun ki, biz bundan bəhrələnə bilmirik. Çünki mən ora dincəlmək üçün gedirəm. Qızğın iş prosesinə isə oktyabrda başlayacam. Əgər o vaxta kimi hansısa bir mahnıya müracət etsəm gözlədiyim effekti verməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA