Zabit Nəbizadə yeni layihələr üzərində izləyir

img

15-07-2009 [06:01]


Əməkdar artist, muğam ifaçısı Zabit Nəbizadə bir neçə layihəyə imza atıb. Z.Nəbizadə həm də Müstəqil İnformasiya Agentliyinə deyib ki, sənət adamları yalnız Orucluq və Məhərrəmlik aylarında istirahət edirlər: ?Çünki həmin aylarda toy və nişan tədbirləri keçirilmir. Yerdə qalan bütün aylarda sənət adamları həmişə iş başında, mikrofon əllərində olur?. Sənətkarın sözlərinə görə, o, məhz işləmək üçün, yəni layihələrini həyata keçirmək üçün Orucluq ayını seçib. ?Orucluq ayı dinclikdir, sakitlikdir. Əsl sənət ayıdır. Səni nə tələsdirən var, nə də toya dəvət edən. Ona görə də bu ayda yeni disk çıxarmaq istəyirəm. Həmin diskin bir hissəsi artıq yazılıb. Orucluq ayında isə bu diski təhvil vermək istəyirəm?,-deyən muğam ifaçısı xarici ölkələrə dəvət aldığı səfərlərdən də söz açaraq, bunun üçün 2010-cu ilin yanvar ayını seçdiyi bildirib: ?Yanvarda bir neçə ölkəyə səfərim var. Sözün düzü, birinci hansı ölkəyə gedəcəyimi özüm də bilmirəm. Bir onu bilirəm ki, dəvət aldığım bütün səhnələrdə Azərbaycan muğamları ilə yanaşı xalq mahnılarını da ifa edəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA