Muğam Teatrı Şirvandan gələn kimi mövsümü bağlayacaq

img

14-07-2009 [05:36]


Muğam Teatrı qastroldadır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağının direktoru Arif Qazıyev məlumat verib. A.Qazıyev deyib ki, teatrın kollektivi bir neçə gündür bölgələrdə səfərdədir: ?Bu günsə Şirvan şəhərindəyik. Teatr bunun üçün məxsusi repertuar proqramı tətbiq edib. Həmin proqramla üz tutduğumuz bölgələrdə uğurla çıxışlar edirik?. A.Qazıyevin sözlərinə görə, onun rəhbərlik etdiyi teatr həmişə bütün mədəniyyət ocaqlarından fərqli olub: ?Muğam Teatrı həmişə hamıdan gec istirahətə yollanıb. Amma bütün teatrlardan da tez iş başında olub. Biz iyulun 15-dən etibarən istirahətə gedirik. Sentyabrın ilk on günlüyündə isə iş başında olacağıq. Yeni mövsümdə fərqli-fərqli layihələr gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA