14-07-2009 [01:27]
Hər zaman sakit təbiəti ilə seçilən əməkdar artist Baloğlan Əşrəfovun da başı son günlər qalmaqallardan açılmır. Bir müddət əvvəl onun Şərq üslubunda oxuması ilə bağlı səsləndiirlən iradlara münasibət bildirən müğənni Müstəqil İnformasiya Agentliyinə verdiyi ekslüziv müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib:
- Havalar indi gah isti, gah da istədiyimiz kimi keçir. Musiqi də ki, əhval-ruhiyyə ilə bağlı olan bir şeydir. Yəni yaradıcılıq müğənnilər üçün yaz və payız aylarında daha çox əlverişli olur. Bu aylarda istəyirsən ki, yeni mahnılar üzərində işləyəsən, nəsə yaradasan. Kimsə desə ki, yayda mən belə edirəm, elə edirəm, bu şişirtmə olardı. Hətta səsyazma studiyalarının özləri də istirahətə yollanıblar. Ancaq bu, heç də o demək deyil ki, müğənni payızın gəlməsini, toyları gözləməlidir. Sadəcə olaraq, ürəyində planlar cızırsan: mən bu mahnını necə oxuya bilərəm, sözləri necə olmalıdır və s. Amma faktiki yazılış və oxunuş indi dondurulub. Əgər yay aylarında toylarda iştirak edirsənsə, istirahət eləmək, dincəlmək də lazımdır. İyulun 4-dən Masallı rayonundayam. Buranın səfalı yerlərində, "İstisu"da dincəlirəm. Belə olanda adam səs-küydən, sterssdən uzaqlaşır.
[b]- "Toylar Kralı" yarışmasında münsiflər heyətində təmsil olunursunuz. Bu, yaradıcılıq işlərinizə mane olmur ki?[/b]
- Problem yaratmır. Məsələ burasındadır ki, mənim ANS telekanalına böyük hörmətim var. Bəlkə də başqa telekanaldan belə dəvət gəlsəydi, çətin olardı, qəbul etməzdim. Bu kanal çətin, ağır anlarımda mənə dayaq olub. İndi mən də onların hər hansı təklifinə həvəslə razılıq verirəm. Qaldı ki, "Toylar Kralı" müsaqibəsinə, mən Azərbaycanı qarış-qarış gəzən müğənniyyəm. Toylarda oluram. həmin yarışmada iştirak edən müğənnilərlə öz rayonlarında görüşürük. Gəlib mənə təşəkkürlərini bildirirlər, yaxşı qarşılayırlar. Ona görə də onların hansınasa az xal verəndə çox böyük əziyyət çəkirəm. Belə səbəblərdən "Toylar Kralı" yarışmasında təmsil olunduğuma görə çox təəssüflənirəm.
[b]- Şərq üslubuna meylli olmağınız hər zaman söz-söhbətlər yaradır. Buna münasibətiniz necədir?[/b]
- Mən belə şeylərə qəti fikir vermirəm. Mən Şərq musiqisi deyəndə, əsl müsəlman musiqisini nəzərdə tuturam. Bizim ladımız Şərq üstündə qurulub. Bizim musiqimizin Avropa üslubuna meyllənməsi o demək deyil ki, öz ana laylamızı yaddan çıxarmalıyıq. Bu, Şərq ölkələrinin ümumi ahəngindən doğan bir musiqidir. Mən kiminsə musiqisinə qapılmamışam, kiminsə musiqisini istəmirəm. Öz daxilimdən də bu gəlir və oxuyuram. 38 ildir tamaşaçılara özümü sevdirə bilirəmsə, deməli, kiminsə xoşuna gəlmək üçün oxumuram. Bu mənim daxilimdən gəlir. Bu haqda heç kim mənimlə mübahisə edə bilməz. Gərək həmin insanın əlində fakt ola və mənə başa sala. Mən kiminsə qarşısında aciz deyiləm. Şərq musiqisi insanın mənəviyyatına zövq verir, onu təmizləyir. Onlar boş-boş danışıqlar olduğundan, fiikr də vermək istəmirəm. Şərq musiqisinin elə notları var ki, onları etmək asan da deyil. Kimin o notları etməyə cürəti varsa, mənə müraciət eləsin. Onu eləsin və mən əllərimi qaldırım göyə. Siz heç vaxt belə boş-boş danışıqlara, hay-küylərə fikir verməyin. Mən muğamı nə ingiliscə, nə rusca, nə də fransızca oxuya bilmərəm.
[b]- Səhhətinizdə yaranmış problemdən sonrakı dövrü yaradıcılığınızın pik nöqtəsi adlandırmaq olarmı?[/b]
- Bəli. Bəlkə mən, vaxtı ilə tənbəllik edirdim, elə bidirdim bu dünya belə gəlib, belə də gedəcək. Sonradan başa düşdüm ki, insan hər hansı bir məqamda Allah tərəfindən haqlana bilər. Allah-Təala mənə ikinci dəfə şans verib ki, boş-boş keçirdiyin vaxtların əvəzinə zəhmət çək, xalqına xidmət elə.
[b]- Bildiyimizə görə həm də ibadətlə məşğulsunuz?[/b]
- Mən Cənub bölgəsində doğulmuşam. Bizdə din, müsəlmançılıq çox böyük inkişafdadır. Sovet hökumətinin ən sərt vaxtlarında da biz Məhərrəmliyi Məhərrəmlik kimi, Orucluğu Orculuq kimi keçirmişik. Bilmişik ki, insanın mənəviyyatı təmiz olmalıdır, Allahına ibadət etməlidir. Mən elə həmin vaxtlardan ibadət eləmişəm. Sadəcə olaraq, həmin zamanlarda bunu demək olmurdu. Amma eləsi var ki, bu işlə indi məşğul olur və sanki bunu adamın gözünə soxur.
[b]- Sənət həmkarlarınızdan eyni yolu paylaşanlardan kiminlə dostluq edirsiniz?[/b]
- İndi musiqiçilərin çoxu dinlə məşğuldur. İzzət Bağırov artıq cavan da olsa, Allaha olan ibadəti mənim çox xoşuma gəlir, fəaldır. Nadir Bayramlı da hacıdır. Bizim muğam ifaçılarçımızın əksəriyyəti dinlə məşğuldurlar. Hamısının adını çəkə bilmirəm.
[b]- Kimi öz üslubunuza yaxın hesab edirsiniz?[/b]
- Bu mümkün deyil. Bunu heç kimdə görə bilmərəm. Ola bilər ki, hansısa səsin hansısa nöqtəsində kimsə o səsi çıxara bilsin. Amma buna mütləq bədii savad lazımdır. Mənim səsim, nəfəsim, sözlərdən əmələ gəlib. Əgər sözlərdən bir şey çıxmırsa, mahnılar da elə alına bilməz. Yəni məndən o səsi çıxaran sözlərdir. Bu çox çətin prosesdir. Əgər belə bir insan olsa, mən uşaq kimi sevincimdən ağlayaram.
[b]- Tələbəniz varmı?[/b]
- Axı mənim məktəbim yoxdur. Bu məktəb burada təbliğ olunmayıb. Bu məktəb insanın daxilində olur.
[b]- 38 ildir ki, oxuyursunuz, yaşca Sizdən kiçik həmkarlarınız artıq xalq artistidirlər...[/b]
- Bu hansısa orqanın ayrı-ayrı insanlara olan münasibətidir. Bunu dövlət özü bilər, onun öhdəsindədir. Amma mən heç vaxt, heç yerdə demədiyim bir şeyi sizə demək istəyirəm. Mənə ?əməkdar artist? fəxri adı təqdim olunanda zal ağzına kimi dolu idi. Mənim adım gələndə zaldan çox böyük alqış sədaları qopdu. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mənim əlimi sıxanda dedi ki, görürsən, xalq səni nə qədər çox istəyir. Sən bu adı çoxdan almalıydın. Bəli mən bu adı çoxdan almalıydım. Hörmətli mədənniyyət nazirimizin bu ifadəsi çox xoşuma gəldi. İndi yəqin ki, o sözlər özlərinin yadında qalıb. Xalqın istəyi, sevgisi varsa, bu da mənə bəs eləyir. Bu il bütün dövlət tədbirlərində xalqın mənə olan rəğbətini, istəyini görməmək mümkün deyil.
[b]- Bu ilin sonunda tamaşaçılarınızı nə ilə sevindirmək istəyirsiniz?[/b]
- Sözün açığı, mən yaşda olan müğənnilər solo-konsert verməkdə çətinlik çəkirlər. Həm tamaşaçı yığmaqda çətin olur, həm də özlərində. Mən aprel ayının 21-də Heydər Əliyev Sarayında solo-konsert verdim və zal tom olaraq dolu idi. Məndən yaşca kiçiklərin də konsertləri olmuşdu və heç zalın yarısı dolmurdu. Bayırda mənim biletlərim əldə 150 manata satılırdı. Bu Allahın mənə bəxş elədiyi nemətdir, hədiyyədir. O konsertin yazılışı bu yaxınlarda ATV-də getdi. ?Səbuhi? Studiyası isə bunun video və aduio variantını satışa buraxdı.
[b]İntiqam VALEHOĞLU[/b]