?Rusenburq?un baz məzqçisi: ?Qarabağ?a erkən qol vurmalıyıq?

img

13-07-2009 [02:42]


?Stromsgodset?la oyun çox çətin keçdi. Rəqib autsayderlərdən olsa da bizə qarşı çox layiqincə mübarizə apardı. Əslində, bunu gözləyirdik. Çünki ?aşağılar? həmişə ?yuxarılar?a qarşı bütün gücləri ilə mübarizə aparırlar. Şadam ki, çətin olsa da üzərimizə düşən işin öhdəsindən gəldik və vacib olan 3 xalı qazandıq. Bu qələbə Avropa Liqasının növbəti matçı öncəsi bizim üçün ikiqat əhəmiyyətli oldu. Həm Norveç çempionatındakı liderliyimizi davam etdirdik, həm də ?Qarabağ?la oyun öncəsi əhval-ruhiyyəmizi bir qədər də qaldırdıq?. Qol.Az-ın məlumatına görə, bu sözləri iyulun 16-da Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Ağdamın ?Qarabağ? kubunun rəqibi olacaq Norveçin ?Rusenburq? klubunun baş məşqçisi Erik Hamren deyib. O, Norveç çempionatının son turu çərçivəsində ?Stromsgodset?la keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında ?Qarabağ?la qarşıdakı oyuna da toxunub: ?Tamam başqa bir oyun olacaq. Daxili çempionat tamam başqa ab-havada keçir, avrokuboklar isə tamam başqa. Rəqib haqqında bacardığımız qədər məlumat toplamağa çalışmışıq. Buna nə qədər nail olub- olmamağımızı ayın 16-da birlikdə görəcəyik. Amma onu deyə bilərəm ki, ?Qarabağ?a erkən qol vurmalıyıq. Bunu bacarsaq, bizə lazım olan qələbəni qazana biləcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA