Müğənni Xatirənin ?RANGE ROVER?ini yandırıblar

img

13-07-2009 [01:57]


Müğənni Xatirə İslamın avtomobilini yandırıblar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən müğənninin anası Nüşabə İsmayılovanın verdiyi məlumata görə, bu gecə saat 05.00 radələrində Xatirə xanıma məxsus 10 NC 111 dövlət nömrə nişanlı ?RANGE ROVER? markalı avtomobili naməlum şəraitdə Nərimanov rayonu, Ziya Bunyadov 30 ünvanında yaşadığı binanın qarşısında yandırılıb. Onun sözlərinə görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb, amma avtomobilə ciddi ziyan dəyib. Yanğının başvermə səbəbləri məlum deyil: ?Düzü, hələ bilmirik ki, hadisə necə olub. Amma bunun kim tərəfindən törədildiyini bilsək, özümüzü haqq-hesab çəkərik?. Məlumat üçün bildirək ki, bir il bundan əvvəl Xatirə İslamın avtomobili naməlum şəxslər tərəfindən cızılmışdı. Müğənninin ansı isə o hadisənin çox kiçik məsələ olduğunu deyib: ?Bilirsiniz, o, uşaq işi idi. Ancaq bu dəfə böyük işdir. Əslində bu, qızıma qarşı terrordur. Artıq məsələylə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ekspertiza aparılıb, analizlər götürülüb, arşdırma aparlır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA