Gənc Yurdsevərlər Birliyi Adnan Hacızadə və Emin Millinin həbsini pisləyib

img

11-07-2009 [06:27]


Gənc Yurdsevərlər Birliyinin sədri Tağı Kərimli Adnan Hacızadə və Emin Millinin həbsini pisləyib. Tağı Kərimli Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamada qeyd edib ki, gənclər hərakatının zorakılıq yolu ilə qarşısını almaq məqsədilə hakimiyyətin aktivləşib. O, bu hadisəni insan hüquqlarının pozulması kimi qiymətləndirərək, belə hallar vətəndaş cəmiyyətinin formalaşmasına və, gənclərin normal fəaliyyət göstərməsinə mane olduğunu vurğulayıb. Tağı Kərimli Adnan Hacızadə və Emin Millinin həbsinin məqsədyönlü şəkildə təşkil olunduğunu açıqlayıb: ?Burada məqsədin son zamanlar müxalif gənclərin fəallaşmasını əngəlləməkdir. Mən bütün təşkilatları bu hadisəni pisləməyə çağırıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR